Qısa məzmun
C and S Group LLC Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi və maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsinin təşkili;
- Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatların hazırlanıb rəhbərliyə təqdim olunması;
- Xərclərin optimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi istiqamətində tədbirlər hazırlamaq və icrasına nəzarət etmək;
- Maliyyə nizamına ciddi əməl edilməsi, xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsi, gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;
- Şirkətlərlə bağlanan müqavilələrin, invoysların və digər maliyyə sənədlərinin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və prosesə nəzarət edilməsi;
- Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanmasına, cari sənədlərin unifikasiyasına, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik;
Eyni zamanda vergi, DSMF, statistika, məşğulluq hesabatlarının dəqiq və vaxtlı vaxtında təqdim edilməsini təmin etmək;
Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini təşkil etmək və mühasibatlıq uçotuna dair digər praktik biliklər; - Cari işlərin icrasına gün ərzində nəzarət etmək;
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- İş saatları həftə içi 09:00-18:00, nahar vaxtı 13:00-14:00
- ;Əmək haqqı; 1500-2000 AZN;
- Şirkətin fəaliyyət sahəsi mühasibatlıq yönlü konsaltinqdir.
Namizədə tələblər:
- Maliyyə-mühasibat işi üzrə 5 ildən az olmayaraq iş stajı;
- Vergi qanunvericiliyi üzrə bilik və təcrübəyə malik olmaq;
- MS Office sərbəst işləmək bacarığı;
- Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirmək;
- Azərbaycan dilini səlis bilməli, rus dili arzuolunandır;
- Xanım namizədlərə üstünlük veriləcəkdir;
- Yaş həddi 30 – 40;
- Şirkət daxili nizam-intizam qaydalarına riayət etməlidir.
Oxşar vakansiya siyahısı:
Karvan2002 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib ( Şəmkir ) vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...