Baş mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Green Tech Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə və öhdəliklər:

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarını mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirməli, ona nəzarəti, operativ məlumatları təqdim etməli, mühasibat (maliyyə) hesabatları müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etməli;
  • Digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfat daxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin etməli;
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil etməli;
  • Maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat – maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etməli;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət etməli.

Namizədə tələblər:

  • Maliyyə və ya mühasibat üzrə ali təhsil;
  • Analoji sahə üzrə 5 il və ya daha çox iş təcrübəsi;
  • 1C proqramında işləmə bacarığı;
  • İFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər arzu olunandır.

Digər:

  • İş qrafiki: Bazar ertəsi – Cümə 09:00 – 18:00;
  • Nəqliyyat: Gediş-gəliş üçün servis xidməti;
  • Nahar: Şirkət tərəfindən verilir;
  • İş yeri: Binə qəsəbəsi.

Uyğun namizədlər CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Baş Mühasib” şəklində göstərməyiniz xahiş olunur

Oxşar vakansiya siyahısı:

600 — 1000 ₼
Mühasib köməkçisi

Turban Moda Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Turban Moda

28.03.2025 - Bakı

701₼
Mühasib

Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

19.03.2025 - Bakı

Commercial Analyst

https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...

Agro Dairy LLC

14.03.2025 - Bakı

1₼
Maliyyə mütəxəssisi

AQA Şirkətlər Qrupu Maliyyə mütəxəssisi vakansiyasını elan edir. ...

AQA Şirkətlər Qrupu

14.03.2025 - Bakı

700₼
Kassir-operator

Pro Con İzo Kassir-operator vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

13.03.2025 - Bakı