Baş mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir..

Vəzifə: Baş mühasib

İş yeri: Bakı şəhəri, Ulduz Şokolad Fabriki
İş təcrübəsi: Minimum 5 il mühasibatlıq sahəsində iş təcrübəsi (İstehsalat sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 25-40

İşin Təsviri: Şirkətin mühasibatlıqla bağlı bütün əməliyyatlarına nəzarət olunması və tələb olunan hesabatların hazırlanması və təqdim edilməsi

Vəzifə öhdəlikləri:

  • Mühasibatlıq strategiyasının ve prinsiplərinin formlaşdırılmasını təmin etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunmasını təmin etmək;
  • Balans, pul vəsaitlərinin hərəkəti, mənfəət və zərər hesabatının tərtibi və vahid formatın hazırlanıb təqdim edilməsi;
  • Mühasibatlıqla bağlı gündəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət olunması;
  • Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılmasının təmin edilməsi;
  • İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanmasının təmin olunması;
  • Yerli və xarici kreditorlar üzrə daxili hesabatların verilməsi və debitorlar üzrə qalıqların yoxlanılmasının təmin olunması;

Tələblər:

  • Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
  • Komanda ilə işləmə və idarəetmə bacarığının olması;
  • E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı;
  • IFRS üzrə biliklərin olması;
  • Micro proqram biliyinin olması arzu olunandır.
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Servis xidməti
  • Nahar ilə təmin edilmə
  • İş qrafiki: 5 günlük

Müraciət qaydaları: career@ulduz.com.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Baş mühasib” yazmaqla CV göndərərək müraciət edilir.

Oxşar vakansiya siyahısı:

Keyfiyyətə Nəzarət üzrə Menecer

Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...

Starex

08.04.2025 - Bakı

Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis

Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...

Bank Respublika ASC

03.04.2025 - Lənkəran

700₼
Aparıcı kredit mütəxəssisi

Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

02.04.2025 - Bakı, Bərdə

450₼
Kredit mütəxəssisi

Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

02.04.2025 - Bakı, Bərdə

600 — 1000 ₼
Mühasib köməkçisi

Turban Moda Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Turban Moda

28.03.2025 - Bakı

701₼
Mühasib

Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

19.03.2025 - Bakı

Commercial Analyst

https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...

Agro Dairy LLC

14.03.2025 - Bakı

1₼
Maliyyə mütəxəssisi

AQA Şirkətlər Qrupu Maliyyə mütəxəssisi vakansiyasını elan edir. ...

AQA Şirkətlər Qrupu

14.03.2025 - Bakı

700₼
Kassir-operator

Pro Con İzo Kassir-operator vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

13.03.2025 - Bakı