Qısa məzmun
Novo Group Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Excel mütəxəssisi səviyəsində işləməlidir.
Konsaltinq və İnvestisiya sahəsində fəaliyyət göstərən “NOVO Group” MMC namizədləri “Baş mühasib” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
ÖHDƏLİKLƏR:
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və registrlərində düzgün əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət edilməsi;
- Şirkətin dövri mühasibat, statistik, idarəetmə və maliyyə hesabatlarının (balans, maliyyə nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitaldakı dəyişikliklər) müəyyən edilmiş müddətlərdə tərtib edib aidiyyatı üzrə təqdimatının təmin edilməsi;
- Daxil olan və çıxan pul (valyuta) vəsaitlərinin, xammal, material və malların (hazır məhsulun) uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışının uçotunu, iş və xidmətlərin yerinə yetirilməsinin uçotunu, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkili və nəzarət edilməsi;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqı və digər sosial xarakterli işçilərə ödəmələrin hesablanması və ödənilməsi, debitor və kreditorların uçotu, dövlət büdcəsinə və DSMF-yə məcburi ödənişlərin və digər ayırmaların uçotunun düzgün təşkili və aparılmasına nəzarət edilməsi;
- Uçot siyasətinin şirkətin fəaliyyət növünə uyğunluğuna nəzarət etməklə, bu istiqamətdə mütəmadi təkmilləşdirmələr üzərində işlənilməsi;
- Uçot sənədlərinin arxivləşdirilməsinin təmin edilməsi;
- İllik mənfəət vergisi bəyannaməsinin sərbəst şəkildə hazırlanıb təqdim edilməsi;
- e-gov.az, e-taxes.gov.az və digər əlaqəli portallarda müvafiq əməliyyatların icra edilməsi;
- İş prosesində öz sahəsi ilə bağlı meydana çıxacaq problemlərin aradan qaldırılması ilə bağlı təkliflərin verilməsi;
- Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak edilməsi və ehtiyac duyduqda lazımi təkliflərin irəli sürülməsi.
TƏLƏBLƏR:
- Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarını, Vergi, Sosial sığorta və Əmək qanunvericiliyini bilməli, eləcə də, qanunvericilikdə aparılan dəyişmələri mütəmadi olaraq yaxından izləmə qabiliyyətinə malik olmalı
- Avtomatlaşdırılmış proqram təminatında (hər hansı bir növündə) işləmək və nəzarət etmək bacarığına malik olmalı
- MS Excel yüksək səviyyədə bilməli
- Baş mühasib sahəsində 5-7 illik təcrübə
- Təhsil – bakalavr dərəcəsi
- MS Excel yüksək səviyyədə bilməli
- Təşəbbüskarlıq, özünü sübutetmə bacarığı
- Nəticəyönümlülük, punktuallılıq və detallara hessas olma bacarığı
- Effektiv ünsiyyət
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “Baş mühasib” bölməsində qeyd etməklə CV-nizi hr.department@novogroup.az ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...