Qısa məzmun
Sienmar Engineering Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
ş yeri: Xocalı pr. Demirchi Tower
İş vaxtı: I – V günlər, 08:00 – 17:00
Əmək haqqı: müsahibə əsasında
İŞİN TƏSVİRİ:
- Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
- Vergi orqanları ilə yazışmalar;
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
- E-Qaimə fakturalarının yazılmasına nəzarət, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditorlara günlük nəzarət;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- E-portal proqramı ilə işləmək bacarığının olması;
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi;
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək;
- Əmək haqqı, son haqq hesab, məzuniyyətin hesablanması;
- Gömrük ödənişləri və ona nəzarət;
- Gömrük ödəmələri ilə bağlı ədv avansının proqnozlaşdırılması və nəzarətdə saxlanması,
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı, ingilis dili bilənlərə üstünlük verilir;
- Ofis proqramlarından (Excel, Outlook və s.), 1C (8.3) programından mükəmməl istifadə bacarığı;
- Müvafiq sahə üzrə minimum 3 – 5 il iş təcrübəsi mütləqdir;
Müraciət etmək istəyən əməkdaşlar, CV formanızı – hr@sienmar.com emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.
*Sienmar Engineering – “Sigma Energy Marine FZE” AR Filialının əmtəə nişanıdır.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading LLC Satınalmalar üzrə aparıcı mütəxəssis vakansiyasını elan edir. ...
175 Yükdaşıma və Evakuasiya Anbardar (Avtomobil Ehtiyyat hissələri üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Logist LLC WMS Operator vəzifəsi üzrə vakansiya elan edir. ...