Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azerbaijan Flowers Company Baş mühasib vəzifəsinə vakansiya elan edir. Rus və İngilis dili biliyi tələb olunur.
İşin təsviri:
- Cəmiyyətin qanunvericiliklə müəyyən olunan məqsəd və funksiyalarının həyata keçirilməsi, təsdiq edilmiş strateji hədəflərin realizasiyası və cari fəaliyyətini təmin etmək üçün maliyyə resurslarını əks etdirən büdcənin planlaşdırılması və tərtib edilməsində iştirak etmək;
- Təsdiq olunmuş gəlir və xərc, kapital qoyuluşu büdcəsinin icrasına dair hesabatların hazırlanması;
- Kənar audit şirkətləri tərəfindən Cəmiyyətin İllik maliyyə hesabatlarının və fəaliyyətinin auditinin aparılması zamanı sorğuların cavablandırılması;
- Vergilər və Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsinə, Əmlak Məsələləri Komitəsinə müvafiq hesabatların təqdim olunması;
- Maliyyə və mühasibatlıq departamentinin fəaliyyətinə aid daxili normativ hüquqi aktların yazılması;
- Aylıq, rüblük və illik analitik hesabatların rəhbərlik üçün hazırlanması;
- Anbara nəzarət;
- Sənədlərin arxivləşdirilməsinə nəzarət;
- Cəmiyyətin balansında olan əsas vəsaitlərin inventarizasiyasına nəzarət;
- Əmək haqqların hesablanması;
Tələblər:
- Ali təhsil.
- Rus və İngilis dili biliyi
- Müvafiq sahə üzrə iş təcrübəsi: 4-5 il
- Microsoft Office proqramları, “1C Mühasibatlıq” 8.2/8.3
Maraqlanan namizədlər mövzu yerində “Baş mühasib” yazmaqla öz CV-lərini hr@azerbaijan-flowers.com ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Karvan2002 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib ( Şəmkir ) vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...