Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Bioloji Təbabət Klinikası Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. ACCA, CFA sahəsində bilikli namizədlərə üstünlük verilir.
Əsas tələblər:
- Təhsil: Ali (Mühasibat uçotu və audit, İqdisadiyyat, Menecment və Maliyyə ixtisasları)
- Maliyyə və mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi (3 il müvafiq sahədə rəhbər vəzifədə)
- Azərbaycan dilində sərbəst, rus dilində yaxşı ünsiyyət qurma bacarığı.
- Microsoft Office proqramlarında işləmə bacarığı (Excel proqramını yüksək səviyyədə)
- ACCA, CFA sahəsində biliklərə malik namizədlərə üstünlük verilir.
- Komanda ilə işləmə qabiliyyəti.
- Operativlik, məsuliyyətlilik.
- Analitik düşünmə, analiz etmə, diqqətlilik.
- Strateji yanaşma və rəhbərlik etmə qabiliyyəti.
- Ədalətlilik və düzgünlük.
Vəzifə öhdəlikləri:
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət edilməsi.
- Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarət edilməsi.
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi.
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi.
- DSMF, Vergi, Statistika hesabatlarını vaxtında tərtib və təqdim edilməsi.
- Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkili və nəzarət edilməsi.
İş şəraiti:
- İş qrafiki : 5 tam iş günü, şənbə günü yarım gün.
İstirahət: Bazar günü; - Əmək haqqı:
- Namizədin bilik və bacarığına əsasən təyin olunur.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzü hissəsində “Baş mühasib” qeyd edərək CV-nizi hr@btk.az ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...