Qısa məzmun
Ə/h razılaşma yolu ilə. MSDIS Holding Baş mühasib müavini Vəzifəsi üzrə vakansiya elan edir.
MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.
Vəzifə öhdəlikləri:
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkilinə və maddi, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə edilməsinə, mülkiyyətinin qorunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
- İlkin mühasibat sənədlərinə, hesablaşmalara və ödəniş öhdəliklərinə, əmək haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlilərinə və əsas fondların inventarlaşmasına, mühasibat uçotu və hesabatının təşkilinə və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə öz səlahiyyətləri çərçivəsində nəzarət etmək;
- Ştat, maliyyə və xəzinə intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsinin qanuniliyi, mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
- Müəyyən olunmuş hesablaşmalar üzrə mühasibat uçotunun aparılmasına, pul vəsaitlərinin hərəkətinə, mühasibat hesabatının formalaşdırılması üçün mühasibat sənədlərinin tərtibinə nəzarət etmək;
- Göstərilən xidmətlərə görə hesablaşmaların vəziyyəti barədə tam və etibarlı mühasibat məlumatlarını təqdim etmək;
- Müasir hesablama texnikası və mühasibat uçotu üzrə kompüter proqramlarının tətbiq edilməsi ilə mühasibat uçotunun proqressiv forma və metodlarını işləyib hazırlamaq;
- İmzalanacaq müqavilələrin Azərbaycan Respublikası vergi, sosial sığorta, əmək və digər qanunvericiliklərin tələblərinə uyğun hazırlanmasını təmin etmək;
- Rəhbərlik tərəfindən verilən bütün tapşırıqların zamanında icra olunmasını təmin etmək.
Tələblər:
- Yaş həddi: 27-45;
- Mühasibat uçotu, maliyyə və ya iqtisadi yönümlü ali təhsil;
- Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilmək;
- Maliyyə-mühasibat işi üzrə min 5 ildən az olmayaraq iş stajı;
- Kompüterdə sərbəst işləyə bilmək (1C 8.3 , Elektron Hökümət Portalı), Office (Microsoft Word, Excel, PowerPoint);
- Analitik bacarıqlara sahib olmaq;
- Məsuliyyət, düzgünlük, dəqiqlik, stresə davamlılıq,sürətli qərar qəbuletmə bacarığına sahib olmaq;
- Komandada işləmək bacarığına sahib olmaq.
İş haqqında məlumat:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş saatları: həftə içi 10.00-18.00, şənbə isə qısa iş günü.
- Əmək haqqı: müsahibə zamanı müəyyən ediləcəkdir.
- Ünvan: Nərimanov rayonu, Arif Heydərli 120-122.
- Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Baş mühasib müavini” qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...