Qısa məzmun
City Finance BOKT Baş mühasib/Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Hansı özəlliklərə malik olmalıdır?
- Mühasibatlıq/Maliyyə sahəsində bakalavr dərəcəsi;
- 25-40 yaş;
- Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
- Mühasibatlıq sahəsində 2-3 il iş təcrübəsi;
- Dəqiqlik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, çalışqanlıq, dürüstlük, komandanın idarə edilməsi və komandada işləmək bacarığı;
- Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə bilikləri;
- Qərarların qəbul edilməsi və üzərinə məsuliyyətin götürülməsi, vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
- ERP proqramlarında işləmək bacarığı;
- 1C (7.7, 8.2, 8.3) mühasibatlıq proqramında işləmək bacarığı.
Baş mühasib nə iş görür?
- Müəssisələr tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi;
- Mühasibat uçotu məlumatlarına dair Şirkətlərin maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsində iştirak;
- E-qaimələrin, ödəniş tələbnamələrinin, müqavilələrin, maliyyə çıxarışlarının və digər sənədlərin düzgünlüyünün yoxlanılması və müqayisə edilməsi, yarana biləcək qeyri müyyənliklər aydınlaşdırılması üçün təchizatçılar ilə əlaqə yaradılması, eyni zamanda təchizatçıların bütün sorğularının cavablandırılması;
- Əməkdaşların təsdiq edilmiş xərc hesabatlarının yoxlanılması və avans sorğularına əsasən onlara ödənişlərin edilməsi;
- Ödəniş əməliyyatları hesablarının əlaqələndirilməsi və hesabların təhlilinin hazırlanması;
- Mühasibatlıq şöbəsinin işinin düzgün təşkilini təmin edən qaydaların aktuallığının mütəmadi yoxlanılması və yeniliklərin təklif edilməsi;
- Mərkəzi Bankın tələbinə uyğun Prudensial və Rəqəmsal balans hesabatlarının hazırlanması;
- Bank qalıqları haqqında hesabatların tərtib edilməsi;
- ERP platformasında müvafiq müxabirləşmələrin verilməsi;
- Ödəmə mənbəyində vergi bəyannaməsinin hazırlanıb təqdim olunması üçün ÖMV-ni hesablanması;
- Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğunun yoxlanılması və təsdiq edilməsi;
- Rəhbərliyin sorğusu ilə zəruri hesabatların hazırlanması, tapşırıqların yerinə yetirilməsi.
Əlavə məlumat:
- 5 günlük iş qrafiki: 09:00 – 18:00
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Baş mühasib” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...