Qısa məzmun
“Pizza Mizza” MMC Baş pizzaçı tələb olunur.
İş barədə məlumat:
- Gərgin vaxt məhdudiyyətli iş rejimində işləmək bacarığı.
- Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək.
- Pizzaların, sendviçlərin, salatların, qəlyanaltıların və pastaların hazırlanması
- Sifarişin standarta uyğun vaxtında hazırlanması
- Məhsulların yararlılıq müddətinə və keyfiyyətinə nəzarət edir
- Məhsulları müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını həyata keçirir
- Gün ərzində standartlar əsasında xəmirin kündələnməsini, tərəvəzlərin doğranılması həyata keçirir
- Mətbəx avadanlıqlarının təmizliyini həyata keçirir
- Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək.
- Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsü aparmaq.
- Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək.
Namizədə tələblər:
- Müvafiq sahədə (Pizzaçı, Baş pizzaçı) 1-3 il təcrübə mütləqdir
- Punktual, məsuliyyətli, stressə davamalı, detallara diqqətli, səlis nitqli
- İdarəetmə və problem həll etmə bacarığı olmalı
- Məsuliyyətli, təmizkar, punktual olmalı
İş şəraiti:
- Mehriban və gənc kollektiv
- Karyera yüksəlişi imkanı
- 6 günlük
- Nahar və forma şirkət tərəfindən təmin olunur
- Əmək haqqı 850 azn
- Əlavə iş saatı ödənişi
İş yeri:
- Bakı şəhəri
- Sumqayıt şəhəri
Maraqlananlar CV-lərini “Baş Pizzaçı” başlığı altında hr@pizzamizza.az – elektron ünvanına göndərə bilərlər. https://pizzamizza.az/az/resume/ linkindən də məlumatları təqdim etmək mümkündür.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...