Qısa məzmun
Gabala Hospitality Group Baş şirniyyatçı vəzifəsi üzrə vakansiya elan edir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Keyfiyyət və qida təhlükəsizliyi standartlarını çox yaxşı bilməli, şəxsi gigiyena prosedurlarına riayət olunmasını təmin etməli, həmçinin tabeliyindəki işçilərə aşılamalı;
- Bütün növ şirniyyatları və un məmulatlarını standartlara uyğun hazırlamaq;
- Hazırlanmış məhsulların keyfiyyətini təmin etmək;
- Milli və xarici mətbəxlərin qənnadı məmulatlarını bişirmək.
- Ərzaq təhlükəsizliyi normaları, həmçinin mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olmaq;
- Gündəlik sifarişlərə nəzarət etmək;
- Hazırlanan şirniyyatların standartlara uyğun qablaşdırılması və daşınmasına nəzarət etmək;
- Müvafiq yerlərdə qənaətcilliyə nəzarət etmək;
- Tabe işçilərə, xüsusilə təcrübə keçən işçilərə və köməkçilərə nəzarət etmək;
- Yeni məhsul çeşidləri, qənnadı məmulatlarının, undan hazırlanan məmulatların çeşidlərinin genişləndirilməsi ilə bağlı təkliflər vermək;
- Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıların minimuma endirilməsinə nəzarət etmək;
- Dequstasiya prosesinə hazırlığı həyata keçirmək;
TƏLƏB OLUNAN BİLİK, BACARIQ VƏ TƏCRÜBƏ:
- Aşpazlıq sahəsində müvafiq təhsil və ixtisaslı təlim-tədris müəssisələrinin sertifikatları.
- Şirniyyat-qənnadı sahəsində ümumilikdə 5-7 il, idarəetmə vəzifəsində 1-3 il iş təcrübəsi
- MS Office proqramlarını bilməli
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
- Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
- Qonaqpərvərlik və restoran sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir.
- Azərbaycan dilini mükəmməl bilmək (ingilis və rus dili bilikləri əlavə üstünlükdür);
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Baş şirniyyatçı) göstərilməklə cv@ghg.az elektron poçtuna göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.