Qısa məzmun
Xaçmaz Aqropark Baytar həkim vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı olmalıdır.
Əmək funksiyaları:
- Bütün müalicə profilaktiki və baytar – sanitariya tədbirlərini vaxtında və qaydalara uyğun aparılmasını təmin edir.
- Doğuşa müdaxilə və doğuş sonrası müalicə işini aparır;
- Buzovların müayinə və müalicə işini aparır;
- Heyvanlarda boğazlığın müayinəsini aparır və boğaz heyvanlar üzrə müvafiq qeydlər aparır;
- Süni mayalanma və təbii cütləşmə qaydalarına nəzarət edir və çoxalma proqramının həyata keçirilməsini təşkil edir.
- Heyvanlar saxlanılan bina və tikililərdə dezinfeksiya və başqa tədbirləri təşkil edir.
- Tələf olunan heyvan cəmdəklərinin müayinəsini aparır, analiz üçün lazımi material götürür və məhv edilməsinə nəzarət edir,
- Təsərrüfat üçün lazım olunan baytarlıq preparatları, dərmanları və avadanlıqların sifarişlərini tərtib edilməsində iştirak edir.
- Baytarlıqda uçot və hesabat işlərini təmin edir, karantin tədbirlərini həyata keçirir.
- Baytarlıq dərmanlarının saxlanılmasını, düzgün istifadəsini təlimatlara uyğun olaraq təşkil edir.
- Baytarlıq işlərinin uçot və hesabatını aparır və bölmə rəhbərinə hesabat verir;
Tələblər:
- Baytarlıq sahəsi üzrə ali təhsil
- İş təcrübəsi 2 il
- Xarici dil biliklərinin olması arzu olunandır (rus, ingilis)
- Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığı.
İş qrafiki: 08:00-20:00 ( iki növbəli)
Maraqlanan şəxslər CV-lərini elektron ünvanına mövzu yerində “Baytar həkim” qeyd etməklə göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
430₼
İstehsal xəttində nəzarətçiAyan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Tekstil meneceri
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...
Planlama üzrə mütəxəssis
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...