Qısa məzmun
SƏBA Baytar həkim vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Minimum 3 il baytarlıq sahəsində iş təcrübəsi;
- Təhsil və ixtisas tələbləri:
- Ali, baytarlıq üzrə təhsil
- Tələb olunan zəruri biliklər:
- Baytar-sanitar prosesləri və qaydalarını
- Texniki – iqtisadi və cari planlaşdırmanın metod və qaydalarını
- Əməyin, istehsalın və idarəetmənin təşkilinin əsaslarını
- Əmək qanunvericiliyinin əsaslarını
Vəzifə öhdəlikləri:
- Quşçuluq təsərrüfatında toyuq xəstəliklərinin baş verməsinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi
- Quşçuluq təsərrüfatında toyuqlar arasında baş verən xəstəliklərin patologiyasının öyrənilməsi
- Quşçuluq təsərrüfatında toyuqların sağlamlaşdırılması yollarının araşdırılması və sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi
- Genetik müayinələrin və müalicələrin aparılması
- Təhkim edilmiş sahədə Baytarlıq nizamnaməsinin qaydalarını və baytar-sanitar qaydalarının inkişafına yönəldilmiş sənədlərin, təlimatların, göstərişlərin, eləcə də əhalini insanlar və quşlar üçün ümumi olan xəstəliklərdən qorunma qaydalarının yerinə yetirilməsini təşkil etmək;
- Quşların saxlanması, yemləndirilməsi və onlara qulluq edilməsində bütün işçilərin zoogigiyenik və baytarlıq qaydalarına əməl etməsinə nəzarət etmək;
- Təsərrüfatda baytarlıq işlərinə dair nəzərdə tutulmuş planların və tədbirlərin yerinə yetirilməsi, baytar həkiminə təhkim edilmiş sahə və obyeklərdə sanitariya vəziyyətinə, eləcə də quşların təmin edilməsi üçün nəzərdə tutulmuş suyun, yemin sanitar keyfiyyətinə, istifadə edilməsinə və saxlanmasına nəzarəti həyata keçirmək;
- Quşların salamat saxlanması üçün müalicə-profilaktiki, baytar-sanitar və epizootiya əleyhinə tədbirlər planının hazırlanmasında iştirak etmək, quşların yemləndirilməsi, saxlanması və qulluq edilməsində baytarlıq təlimatlarına işçilər tərəfindən əməl edilməsinə nəzarət etmək, baytarlıq tədbirləri aparılarakən quşların reaksiyasına nəzarət etmək;
- Quşçuluq sahələrində, inkubatoriya, kəsim və emal binalarında, məhsul və xammal saxlanan binalarda dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmasını təşkil etmək və ona nəzarət etmək;
- Quşlara, eləcədə kəsimə və satışa göndərilən quşlara baytar-sanitar baxışı həyata keçirmək, kəsilən ət məhsullarının insan qidası üçün yararlı olmasına və satılan ətin sanitar vəziyyətinə rəy vermək;
- Kəsilən və ölən quşlar arasında yolxucu xəstəlik aşkar edilərsə müəyyən edilmiş qaydada xəbər vermək, eyni vaxtda xəstəliyin ləğv edilməsi üçün operativ tədbir görmək;
- Baytarlıq sahəsində ona təhkim edilmiş sahənin qeydiyyat, hesabat işlərini aparmaq, təsdiq edilmiş formada və müddətdə baytarlıq üzrə hesabatları tərtib edib təqdim etmək;
İş yeri: Şabran şəhəri.
İş şəraiti:
- 6 günlük iş rejimi (09:00 – 17:00)
- Həftədə bir gün istirahət
- Nahar şirkət tərəfindən təmin edilir
- Bakı şəhərindən Şabran şəhərinə (müəssisəyə) servis xidməti fəaliyyət göstərir.
- Gündəlik gedib-gəlmək istəməyənlər üçün müəssisə daxilində yaşayış yeri ilə də təmin edilə bilər.
- Əmək haqqı müsahibə əsasında razılaşma yolu ilə müəyyən ediləcəkdir.
Əmək haqqı 1200-1500 manat və əlavə olaraq KPİ bonus.
CV-lərinizi elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.
Mob: 0559009110
CV-lərin təqdim edilməsi üçün son tarix: 10.07.2022.
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...