Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AzerGold CJSC Təchizat şöbəsinin Bazar araşdırmaları sektorunun baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında:
“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.
Vakansiyanın adı: Təchizat şöbəsinin Bazar araşdırmaları sektorunun baş mütəxəssisi
Əsas vəzifə və öhdəliklər:
- Dövlət satınalmaları üzrə ehtimal olunan qiymətin formalaşdırılması istiqamətində işlər görmək;
- Bazar araşdırması ilə əlaqədar icra edilmiş işlərin yoxlanılması və hesabatların hazırlanması;
- Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
- Satınalma tərəfindən ünvanlanmış sorğular üzrə təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması;
- Tədarükçü bazasının formalaşdırılması və mütəmadi olaraq yenilənməsi;
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi, sənədləşmə prosesinin və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasına nəzarət etmək;
- Həvalə edilmiş işlərin səlahiyyəti çərçivəsində tam və vaxtında icra etməsi.
Tələb olunan təhsil və bacarıqlar:
- Ali təhsil;
- “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu bilməli;
- Təchizat və satınalma prossesləri və ümumi prinsipləri bilməli;
- MS Office proqramları və ERP üzrə işləmə bacarığı;
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
- Satınalma prosesləri və ümumi prinsipləri anlamaq;
- Bazarı təhlil etmək bacarığı;
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparılması bacarığı;
- Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli.
Tələb olunan iş təcrübəsi:
- Təchizat sahəsində ən azı 2 il iş təcrübəsi
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Bazar araşdırmaları üzrə baş mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) cv@azergold.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq
Oxşar vakansiya siyahısı:
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...