Bazar araşdırması
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 800-1000 AZN. Karaca Bazar araşdırması vəzifəsi üzrə vakansiya elan edir. İş ezamiyyətlərinə açıq olmalıdır.

İş barədə məlumat:

  • Bazar araşdırması olaraq, fəaliyyət göstərdiyi müəssisənin məhsulları və xidmətləri üçün bazar, rəqib, istehlakçı və sektor araşdırmaları apararaq satış və marketinq üçün strateji yol xəritələrinin yaradılmasında iştirak etməli
  • Müəssisənin təşkilati fəaliyyət məlumatlarını toplamaq
  • Rəqiblərin qiymətləri, paylanması, satış və marketinq üsulları haqqında məlumat toplamaq və məlumatları təhlil etmək
  • Bazar şəraiti və tendensiyaları təhlil etmək
  • Potensial bazarları və məhsula olan tələbatı, təsir edən amilləri müəyyən etmək üçün müştəri demoqrafiyası, üstünlüklər, ehtiyaclar və alış vərdişləri haqqında məlumat toplamaq
  • Məlumat toplama üsullarını və prosedurlarını müəyyən etmək və dəyərləndirmək
  • Marketinq, reklam və əlaqə proqramlarının və strategiyalarının səmərəliliyinin ölçülməsində iştirak etmək
  • Marketinq və satış meylləri ilə bağlı proqnozların aparılması və izlənməsi
  • Tədqiqi edilən şirkətlərlə əlaqələr yaratmaq
  • Hesabat təhlili və tədqiqat nəticələri və
    rəhbərliyə təqdim edilməsi və s

Namizədə tələblər:

  • Analitik düşünmə qabiliyyəti olmalı
  • İş birliği və qrup çalışmasına meylli olmalı
  • Planlama və təşkilatçılıq bacarığı olmalı
  • Şifahi və yazılı ünsiyyət bacarığı olmalı
  • Analiz etmə və hesabat vermə qabiliyyəti olmalı
  • Problemlər qarşısında çözüm yaratmalı
  • Bəy namizəd olmalı
  • Azəri,rus dili (+ingilis dili arzuolunan) sərbəst danışıq bacarığı olmalı
  • İş ezamiyyətlərinə açıq olmalı

Oxşar vakansiya siyahısı:

Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

17.02.2025 - Bakı