Bazar araşdırması üzrə mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Nar Bazar araşdırması üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Microsoft Office proqramlarını bilməlidir.

Vakansiya haqqında
İdarə : B2C Kommersiya
Şöbə: Müştəri Dəyərinin İdarəedilməsi və Biznes Təhlili
İş qrafiki: Standart
İş müddəti: Müvəqqəti
Son müraciət tarixi : 07.04.2021

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Rəqiblərin fəaliyyətini izləmək və təhlil etmək
  • Bazar araşdırması üzrə hesabat infrastrukturlarını təkmilləşdirmək
  • Aparılmış sorğu və təhlillərə əsasən dövri və sorğu əsasında hesabatlar/ təqdimatlar hazırlamaq
  • Araşdırma layihələrini hazırlamaq və monitorinq aparmaq
  • Mövcud sorğu məlumatlarının toplama sistemlərini təkmilləşdirmək
  • Telekommunikasiya sahəsində olan beynəlxalq trendləri izləmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

  • İqtisadiyyat, Marketinq və ya Riyaziyyat üzrə ali təhsil (Magistr təhsili üstünlük hesab olunur)
  • Bazar araşdırması üzrə iş təcrübəsi üstünlük hesab olunur

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

  • Microsoft Office proqramlarını bilmək
  • SPSS və ya digər analitik proqramlarda işləmə bacarığı üstünlük hesab olunur
  • Analitik düşüncə
  • Kabinet araşdırması üzrə bilik
  • Azərbaycan (səlis) və İngilis (yaxşı) dillərini bilmək

Müraciət etmək üçün

CV-nizi hr@azerfon.az e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Bazar araşdırması üzrə Mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

17.02.2025 - Bakı

Marketing manager

İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...

İceland

21.01.2025 - Bakı