Qısa məzmun
“Camal” LTD Şirkəti Beynəlxalq əlaqələr üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Dil biliyi: Azərbaycan, Rus dillərində sərbəst danışıq və İngilis dili orta;
- Cins kişi və qadın;
- Təhsil: Ali təhsil / İxtisas üzrə təhsilin və maliyyə təhsilinin (xususilə riyazi biliklərin) olması arzuolunandır.
- İş təcrübəsi: İstehsalat sahəsində qeyd olunan vəzifədə 3 ildən artıq
- Kompüter bilikləri: Ofis proqramlarında yüksək səviyyədəişləmək bacarığı;
- Müvafiq istiqamətdə inkişaf edib karyera qurmaq istəyi;
- Analitik düşünmə və kreativlik;.
Vəzifə öhdəlikləri :
- Mövcud şöbənin müəssisənin satış strategiyasına dəstək xarakterli proyektlərin həyata keçirilməsində mühüm rol oynayır.
- Müvafiq işçi bu mühüm proyektlərin adminstrativ tətbiqi qismində iştirak etməli, beynəlxalq əlaqələr üzrə yazışmaların , danışıqların aparılması, işgüzar görüşlərin təşkili və nəticələrə əsasən hesabatların hazırlanması kimi vəzifə öhdəliklərini həyata keçirməlidir.
- Şirkətin logistik daşınmaların təşkili.
- Gələn yüklərin gömrükləşməsi və AQTA ilə işlər.
- İş prosesində ilk dönəm vəzifənin bütün tələbləri ilə bağlı incəliklər tədris ediləcəkdir.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü.
- Əmək haqqı: 1200 AZN-dən başlayaraq
- Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D
Bu vəzifəyə müraciət etmək üçün CV-ni camal.mammadov@iceland.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Beynəlxalq əlaqələr üzrə koordinator” Mövzu bölməsində göstərin.Əlaqə: 055-500-32-02
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...