Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Xalq Bank şirkəti Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə

Şəhər: Bakı

Nami̇zədə Dai̇r Tələblər:

  •  Ali iqtisadi və ya beynəlxalq iqtisadi əlaqələr üzrə ali magistr təhsili;
  •  Azərbaycan, ingilis və rus dillərini səlis bilmək, işgüzar yazışmalar aparmaq qabiliyyəti, güclü kommunikasiya qabiliyyəti;
  •  MS Office proqramları ilə işləmək bacarığı;
  •  Sürətli pul köçürmə sistemləri və maliyyə təşkilatları ilə iş üzrə 1 il təcrübə arzu olunandır;
  •  Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
  •  Komandada işləmək bacarığı;
  •  Planlaşdırma və təhlil bacarığı, xarici bazarlar üzrə araşdırmalar aparmaq qabiliyyəti.

İşi̇n Təsvi̇ri̇:

  • Bankın yerli və xarici tərəfdaş banklarla, müxtəlif maliyyə qurumları ilə əlaqələrinin qurulmasını təşkil etmək və əməkdaşlığı davam etdirmək;
  • Gündəlik sənədləşmə işinin aparılması; mütəmadi olaraq müxtəlif sorğuların cavablandırılması və zəruri sənədlərin hazırlanıb tərəfdaşlara təqdim edilməsi;
  • Yerli və xarici tərəfdaş bankların və maliyyə qurumlarının qarşısında Bankın nüfuzunun  yüksək səviyyədə saxlanılması üçün öz təkliflərini vermək və müvafiq tədbirləri həyata keçirmək;
  • Yeni potensial tərəfdaş bankların və maliyyə qurumlarının müəyyən olunması istiqamətində araşdırmalar aparmaq və təkliflər vermək;
  • Yerli və xarici sürətli pul köçürmə sistemləri və yerli ödəniş sistemləri  ilə əlaqələrin qurulması, gündəlik olaraq sürətli pul köçürmələri və ödənişlər üzrə yaranan problemlərin aradan qaldırılması, Bankın filiallarından daxil olan sorğuların cavablandırıması;
  • Bankın beynəlxalq sərgilərdə, konfranslarda, yerli və xarici tərəfdaş bankların, sürətli pul köçürmə sistemlərinin tədbirlərində Bankın təmsil olunması.

Qeyd: Tələblərə uyğun olmayan və mail-də “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan CV-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E – mail:  cv@xalqbank.az

Telefon: (012) 404 43 39

Faks: (012) 404 43 34

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...