Beyəlxalq əlaqələr üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Azərbaycan Sahibkarlar Konfederasiyası “Beynəlxalq əlaqələr üzrə mütəxəssis” vəzifəsi üçün vakansiya elan edir!

  • Şöbənin kargüzarlıq və tərcümə işlərini yerinə yetirmək;
  • ASK maraqları naminə xarici ölkələrdəki Biznesə Dəstək Təşkilatları (BDT) və digər qurumlarla əməkdaşlıq əlaqələrini yaratmaq və inkişaf etdirmək üçün araşdırma işində aktiv iştirak etmək;
  • ASK-nın xarici ölkələrdəki rəsmi nümayəndələri şəbəkəsini genişləndirmək və bu nümayəndələr ilə koordinasiyanı və əməkdaşlıq əlaqələrini genişləndirilməsi prosesinə dəstək olmaq;
  • ASK üzvlərinin biznes sahəsində bilik və bacarıqlarının, səriştələrinin artırılması məqsədilə onların həm ölkəmizdə, həm də xarici ölkələrdə təşkil edilən beynəlxalq təlimlərdə iştirakını təmin etmək prosesinə dəstək olmaq;
  • Müvafiq beynəlxalq layihələr, seminarlar, konfranslar, treninqlər, sərgi, biznes forumlarda və s. tədbirlərdə ASK-nın üzv təşkilatlarının iştirakını təşviq və təmin etmək prosesində aktiv iştirak etmək;
  • AR-da özəl sektorun beynəlxalq əlaqələri və biznesin inkişafına yönəlmiş beynəlxalq əhəmiyyətli layihə, proqram və digər məsələlərdə ASK adından iştirak etmək və konfederasiya üzvlərinə yeni xidmətlərin göstərilməsi prosesinə dəstək olmaq;
  • AR-da fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklərin iqtisadi, sosial, konsulluq və humanitar məsələlərə cavabdeh personalı ilə ASK maraqları naminə əməkdaşlıq əlaqələri qurmaq və inkişaf etdirilməsi prosesində aktiv iştirak etmək;
  • ASK üzvlərinə xarici ölkələrdə biznes tərəfdaşlarının tapılması, əlverişli investisiya layihələrinin əldə edilməsi, ixracatın genişləndirilməsi və bu istiqamətdə digər xidmətlərin göstərilməsinə dəstək olmaq prosesində aktiv iştirak etmək;
  • “ASK Biznes Konsaltinq” MMC-yə (ASK-BK MMC) beynəlxalq əlaqələr və biznesin inkişafı məsələlərində əməli dəstək vermək;
  • ASK maraqları naminə xarici ölkələrdəki özəl sektor nümayəndələrinin AR-da biznesinin qurulması və inkişafına dəstək vermək prosesində aktiv iştirak etmək;
  • Şöbəyə daxil olan yazılı və ya şifahi sorğu və müraciətləri şöbə müdiri ilə məsləhətləşib icrasına çalışmaq;
  • Şöbəyə daxil olan sənəd və ya elektron məktublar şöbə müdirinə bildirilib icrası üçün təlimatlar almaq və icra edilmiş işin nəticələrini arayışlar və ya yazılı sənəd formasında hazırlayıb qovluqlarda arxivləşdirmək;
  • Şöbənin ümumi işinə dəstək olmaq.

Namizəd üçün irəli sürülən tələblər:

  • Beynəlxalq əlaqələr üzrə ali təhsil;
  • Ən azı 1 il iş təcrübəsi;
  • Türk dilində yazı və səlis danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Güclü dinləmə və kommunikasiya qurmaq bacarığına malik olmalı;
  • Komandada işləmək və idarəetmə bacarığı.

İş şərtləri:

  • AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi
  • İş vaxtı 09:00 – 18:00
  • İş günü 5/2 (şənbə və bazar qeyri-iş günləridir)

Məlumatlandırıcı qeydlər:

  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur;
  • CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin.

Maraqlanan şəxslər CV-lərini hr@ask.org.az elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində vəzifənin adı – “Beynəlxalq əlaqələr üzrə mütəxəssis” yazılmalıdır. Yalnız qeyd olunan tələblərə cavab verən CV-lərə baxılacaq.

Oxşar vakansiya siyahısı:

1500 — 2000 ₼
Hüquqşünas

ASADZADESANAN MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...

ASADZADESANAN MMC

26.12.2024 - Bakı