Qısa məzmun
Cinema Plus Bilet nəzarətçisi üzrə vakansiya elan edir. Azərbaycan və rus dillərini sərbəst bilməlidir.
Vəzifə öhdəlikləri:
- Tamaşaçıları kinozala yalnız biletlərini göstərdikdən sonra buraxmaq.
- Biletləri ciddi yoxlamalıdır. Biletdə zal, seans, tarix haqqında qeyd, biletin qiyməti, kinofilmin adı göstərilməlidir;
- Tamaşaçıları kinozala buraxanda onları nəzkətlə salamlayır, onlardan mobil telefonlarını söndürməyi, bileti seansın sonuna kimi saxlamağı, biletdə göstərilən yerlərdə əyləşməyi xahiş edir və onlara xoş saatlar arzulayır;
- Gecikmiş tamaşaçılara cib fənərinin köməyilə yerlərini tapmaqda kömək etmək;
- Tamaşaçılara nəzakətlə, ədəblə xidmət göstərmək.
- Verilən biletlərə uyğun olaraq tamaşaçılara 3D eynək və xüsusi nəm salfet təqdim etmək (bir bilet üçün 1 eynək və 1 nəm salfet);
- VİP zal müştərilərinin sifarişi ilə onlar üçün kinoteatr məhsullarının və TM ərazisindəki digər restoranların məhsullarının alınıb servis edilməsi;
- Seans başlayanda kinozalın qapılarını bağlamaq;
- Kinofilmin nümayişi zamanı bir neçə dəfə (7 dəfədən az olmayaraq) zala daxil olub kinonun verilməsinə və tamaşaçılar tərəfindən ictimai asayişin qorunmasına, temperatur rejiminə nəzarət etmək.
Vəzifəyə olan tələblər:
- orta təhsilli.
- Fiziki sağlam, çevik
- Azərbaycan və rus dillərini sərbəst bilməli,
- COVİD Pasportun olması vacibdir
- Bütün qrafiklərdə işləyə bilməli
İş qrafiki:
- 6 Günlük, İş vaxtı: 8 saat, nahar: 1 saat
- 10:00-dan 19:00-dək
- 14:00-dan 23:00-dək
Xahiş olunur mailin mövzu hissəsində “Nəzarətçi” və namizəd olduğunuz vəzifəni qeyd edəsiniz.
Oxşar vakansiya siyahısı:
Videomonitorinq üzrə mütəxəssis
Azdizayn MMC Videomanitorinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...