Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Yelo Bank Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. Bank işi haqqında bilik olmalıdır.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Biznes tələblərinin idarəedilməsi departamentinin Biznes proseslərinin təhlili şöbəsində Biznes analitik” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Biznes analitik” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Biznes tələblərinin idarəedilməsi departamenti, Biznes proseslərinin təhlili şöbəsi
Vəzifə: Biznes analitik
Bilavasitə tabeçiliyi: Şöbə meneceri və/və ya departament rəhbəri
Vəzifə öhdəlikləri:
- Biznes proseslər üzrə texniki sənədlərin (istifadəçi və texniki səviyyədə -use case) hazırlanması;
- Biznes proses üzrə minimal test planların və test ssenarilərinin hazırlanmasında iştirak;
- Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
- Dəyişiklik edilmiş biznes prosesin test mərhələsində sifarişçiyə və bank sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
- Texniki şöbə ilə əlaqəli iş sorğularını və layihə fəaliyyətlərini müvafiq bölmələr arasında idarə və koordinasiya etmək;
- Daxili və xarici müştərilərlə işgüzar münasibətləri təmin etmək və təkmilləşdirmək;
- Bank və əlaqəli sistemlərinin inkişafı və təkmilləşdirmə sahəsində layihələrin müstəqil təşəbbüsü və reallaşması.
Tələblər:
- İnformasiya texnologiyaları, riyaziyyat və ya digər müvafiq sahələrin bakalavr dərəcəsi;
- Bank sektorunda ən azı 2 il iş təcrübəsi arzuolunandır;
- Microsoft Office, bank və digər xüsusi proqramların istismarı;
- Güclü analitik, təşkilati və ünsiyyət bacarıqları;
- Çox tapşırıqları icra etmək, vəzifələri prioritetləşdirmək;
- Həm müstəqil, həm də komanda mühitində işləmək bacarığı.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Oxşar vakansiya siyahısı:
Yelo Bank ASC Senior Data Analyst vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları İT İdarəsi, Şəbəkə administratoru, Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Yelo Bank ASC Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist) vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m5kqg7gjro Təsvir Develop, implement, and monitor information security measures. Assess information security risks and propose solutions to mitigate them ...
Aztelekom MMC ERP və biznes prosesləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Prosesslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentində Scrum Master vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Sistem analitiki ( İT biznes analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...