Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azerconnect LLC İT Sahəsində layihələrin İdarəedilməsi üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiya haqqında:
Şirkət : Azerconnect
İdarə : İnformasiya Texnologiyaları
İş qrafiki : Standart
Son müraciət tarixi: 09.03.2020
Müqavilə müddəti : Daimi
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Biznes prosesləri və iş proseslərini, həmçinin onların mövcud və gələcək proqram təminatı ilə əlaqələrini anlamaq və sənədləşdirmək
- Təklif olunan layihələrin miqyasını, faydalarını və risklərini optimallaşdırmaqda biznes istifadəçilərinə və İT rəhbərliyinə yardım olunması; istifadəçilərin və rəhbərliyin gözləntilərini idarə etməkdə yardım.
- Layihələrin qüsursuz icrası üçün daxili resursları və üçüncü tərəfi / təchizatçıları əlaqələndirmək
- Bütün layihələrin vaxtında, əhatə dairəsi daxilində və büdcə çərçivəsində icrasını təmin etmək
- İrəliləyişi izləmək üçün ətraflı bir layihə planı hazırlamaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Ali və ya peşə təhsili (Bakalavr dərəcəsi)
- Layihənin idarə olunması / biznes təhlili sahəsində 2 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- Güclü analitik, təşkilati və ünsiyyət bacarıqları
- Azərbaycan və ingilis dilləri – yüksək səviyyə, Rus dili biliyinin olması arzuolunandır
- Çox tapşırıqları icra etmək, vəzifələri prioritetləşdirmək, kritik qərarlar qəbul etmək qabiliyyəti.
- Həm müstəqil, həm də komanda mühitində işləmək bacarığı.
- Tez-tez fasilələrlə məhsuldar çalışmaq qabiliyyəti.
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək
- PMP/PRINCE II sertifikatının mövcudluğu arzuolunandır
Müraciət etmək üçün:
CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “İT Sahəsində layihələrin İdarəedilməsi üzrə Biznes Analitik” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.