Biznes Analitik üzrə Menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Poste.az Biznes Analitik üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir.

 İş barədə məlumat:

  • Azərbaycanda yeni startap şirkət Biznesin inkişaf etdirilməsi rolunu icra edəcək İT yönümlü işçi axtarışındadır. İş haqqında məlumatlar:
  • Şirkət nümayəndələri ilə analitik müsahibələrin aparılması, şirkət tələblərinin müəyyən edilməsi və təhlili
  • Biznes tələblərinin qeydə alınıb analiz olunaraq, Proqram təminatı təchizatçılarına ötürülməsi
  • Mövcud olan informasiya sistemlərinin/proqram təminatının ekspertizasının aparılması;
  • Şirkətin texniki resurslarının qısamüddətli və uzunmüddətli uyğunluğunun təmin olunması
  • Texniki tapşırıq, texniki təklif və digər analiz sənədlərinin hazırlanması;
  • Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
  • Texniki tapşırıqların Proqram təminatı təchizatçı şirkəti ilə müzakirə olunması
  • Tələblərin izlənilməsi, texniki servis müddətlərinin müəyyən olunması və tətbiqinə nəzarət etmək;
  • Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi
  • Biznes tələblərinə görə hesabatların hazırlanması
  • Yeni funksionallığın test olunması
  • Proqram təminatlarında lazımi konfiqurasiyaların aparılması
  • Daim yeni texnologiyalar haqqında bilik sahibi olması
  • Sifarişçilərə məhsulların təqdimatının keçirilməsi

İş şəraiti:

  • İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. istirahet günləri: şənbə, bazar
  • Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq

Namizədə tələblər:

  • Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti
  • Minimum 3 il iş təcrübəsi
  • İT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi
  • Komandanın idarə olunması,  individual qərarlar alabilmək və stres altında işləyə bilmək
  • Biznes və texnologiyanın tələblərini anlamaq
  • Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq
  • Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər
  • Rus/İngilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər
  • SQL, PL/SQL üzrə ümumi biliklər
  • Wrike, MS – Office Visio proqram təminatlarını yaxşı bilmək

Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Biznes Analitik üzrə menecer” yazaraq CV formasını elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

İT Mütəxəssis (Helpdesk)

Coffeemania İT Mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...

Coffeemania

09.08.2024 - Bakı