Qısa məzmun
Azərbaycan Beynəlxalq Bank Biznes analitika üzrə baş mütəxəssis (Rəqəmsal innovasiyaların tətbiqi) vəzifəsi üzrə vakansiya elan edir.
ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Biznes proseslərin texniki analizini verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırmaq;
- Biznes proseslər üzrə texniki sənədi (istifadəçi və texniki səviyyədə -use case) hazırlamaq;
- Texniki tapşırıq üzrə minimal test planlarını və test ssenarilərini hazıqlamaq;
- Texniki tapşırıq üzrə dəyişikliyi icra dövründə monitorinq etmək və dəyişikliyin tələblərə uyğunluğunu yoxlamaq;
- Dəyişiklik edilmiş biznes prosesi test mərhələsində sifarişçiyə və Bank Sistemlərinə dəstək komandasına təqdim etmək;
- Biznes prosesi proqramlaşdırma (Flex, BPM, Rəhbərlik) komandası ilə razılaşdırmaq və görülən işlər barədə hesabatları təqdim etmək;
- Analiz zamanı report hazırlanmasının mümkünlüyünü təmin etmək və yarana biləcək potensial riskləri müəyyən etmək;
- İT departamenti, sifarişçi struktur və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələləri müzakirə etmək və uyğunluğun təmin etmək.
- Agile komanda ilə texniki tapşırıqların müzakirə etmək və komanda ilə görüləcək işləri texniki araşdırmaq;
- Buraxılacaq Rəqəmsal məhsulun strateji yol xərtəsini çəkmək və görüləcək işlər üzrə user story-ləri hazırlamaq.
Bizim üçün uyğun namizəd:
- Ali təhsillə;
- Sahə üzrə minimum 2 il təcrübəyə;
- Bank məhsulları haqqında biliklərə;
- CRM-sistemləri (Arzuolunandır), Bank modulları (Flexcube arzuolunandır), BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə bağlı iş təcrübəsinə;
- Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığına;
- Verilənlər bazasının (SQL) sorğulanması üzrə biliklərə;
- Xarici dil biliklərinə (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində);
- (Arzuolunandır)
- Web servis üzrə biliklərə, Arxitektura növü (Rest/Soap), APİ Server-lərin sorğulanması bacarığına, Sorğulama formatları (JSON / XML) barədə anlayışa;
- Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib olan şəxsdir.
Müraciət üçün linkə daxil olun: https://careers.abb-bank.az/
Əlavə məlumat üçün: www.abb-bank.az
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...