Qısa məzmun
“Ritello Azərbaycan” şirkəti Biznes Metodist vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Günlük, həftəlik ve aylıq tədris planlamasını aparmaq
- Periodik olaraq personalla davranış, biznes etikası və liderlik mövzuları üzrə təlim və tədrisi həyata keçirmək
- Zəruri koordinasiya fəaliyyətlərini həyata keçirmək
- Kadrlara ümumi hədəf və məqsəd aşılamaq
- Personalı hədəf istiqamətində yönləndirmək
- İşə götürüləcək yeni kadrların təlimdən tutmuş, işə qəbul və adaptasiya prosesinə qədər cavabdeh olmaq
- Kadr performansını idarə etmək və təlim ehtiyaclarını müəyyən etmək
- Kadrların məsələlərə müştəriyönümlülük baxımından yanaşmasını təmin etmək
- Kadrların müştəri şikayətləri və etirazları idarə etməkdə ixtisasını artırmaq
- Kadrlara səlis nitq, ünsiyyət, təqdimat, inandırıcılıq bacarıqlarını inkişaf etdirici təlimlər keçmək
- Kadrlara daxili motivasiyanı artırmaq, özgüvən aşılamaq, münaqişəli vəziyyətləri idarəetmə bacarıqlarını inkişafetdirici təlimlər keçmək
- İş saatı : 11:00-dan 19:00-dək
- İş qrafiki: 6 gün
Namizədə tələblər:
- Yalnız bəy namizədlər
- İdarəetmə, Satış, Biznes Mentorluğu sahəsində ən az 5 il təcrübəyə sahib olan
- Hərbi xidmətini başa vurmuş olan
- Ölkədaxili ezamiyyətə çıxma imkanı olan
- İnsanları dinləyə bilən
- Əməkdaşlarda hədəf və məqsəd aşılaya bilən
- İnsanlara hörmət və sevgi ilə yanaşan
- “Mən” deyil, “Biz” deyə bilən
- Əməkdaşları qiymətləndirə bilən
- Daim öyrənməyə maraqlı olan
- Məntiqi mühakimə qabiliyyəti olan
- Əməkdaşların motivasiyasını yüksəldə bilən
- Davranışı ilə mentorluq və liderlik nümayiş etdirən
- Özünü tənqid edə bilən
- Cari və gələcək işləri planlaya bilən
- İnsanlarla empati qura bilən
- Əməkdaşları yönləndirə və məsləhət verə bilən
- Daxili motivasiyası yüksək olan
- Güvən verən, özündən əmin, qətiyyətli olan
- Gələcəyə inamla və müsbət baxa bilən
- Sistematik, düzənli, intizamlı iş anlayışı olan
- Özünü yüksək inandırıcılıqla təqdim edə bilən
- Yazılı ve sözlü yüksək ünsiyyət bacarığı olan
- Tanımadığı insana özünü ifadə edə bilən
- Auditoriya önündə çıxış edə bilən
- Dinləməyi bacara bilən
Vakansiya ilə maraqlanan şəxslərin tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “Biznes Metodisti” qeyd etməklə info@ritello.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...