Qısa məzmun
MKT İstehsalat Kommersiya MMC Biznes proseslərin idarə olunması üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin fəaliyyəti ilə bağlı biznes proseslərlə bağlı məlumatların əldə edilməsi üçün müvafiq struktur bölmələr və digər maraqlı tərəflərlə müsahibələrin keçirmək və proseslər üzərində müşahidə və xronometraj aparmaq;
- Biznes prosesləri analiz edərək mövcud problemlər və riskləri, təkmilləşdirmə imkanlarını müəyyən etmək, proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək, proses sahibi və digər maraqlı tərəflərin iştirakı ilə proseslərlə bağlı dəyişiklik ehtiyacını müəyyən etmək;
- Biznes proseslərin mövcud (as-is) və arzu olunan (to-be) vəziyyətini sənədləşdirmək üçün proses xəritələri (axış diaqramları), məsuliyyət bölgüsü (RACI) matrisləri və digər zəruri sənədləri hazırlamaq;
- Biznes proseslərin monitorinqini həyata keçirmək, mövcud problemlər və onların səbəblərini müəyyən etmək, korrektiv tədbirləri müəyyən etmək və həyata keçirmək;
- Şirkətin fəaliyyəti ilə bağlı normativ-tənzimləyici sənədlərin – siyasət, qayda və təlimatların müvafiq struktur bölmələrin iştirakı ilə hazırlanması və ya müvafiq struktur bölmələr tərəfindən bu növ sənədlərin hazırlanmasını təşkil etmək;
- Normativ-tənzimləyici sənədlərin daxili qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasını təmin etmək, müvafiq sənədlərlə bağlı reyestrdə qeydiyyat aparmaq;
- Təsdiq edilmiş normativ-tənzimləyici sənədlərin müvafiq hədəf kütləyə (əlaqədar struktur bölmələr və digər maraqlı tərəflər) çatdırılmasını təmin etmək;
- Şirkətin fəaliyyətinin rəqəmsallaşdırılması və biznes proseslərin avtomatlaşdırılması üçün proqram təminatlarının hazırlanması və təkmilləşdirilməsi üçün müvafiq struktur bölmələrin iştirakı ilə funksional tələblərin müəyyən edilməsi, texniki tapşırıqların hazırlanması və texniki tapşırıqla bağlı müvafiq təsdiqlərin alınması;
- Təqdim olunmuş texniki tapşırıq əsasında hazırlanmış proqram təminatlarının son istifadəçi struktur bölmələrin iştirakı ilə test edilməsi, testlər nəticəsində aşkar edilmiş problemlərin aradan qaldırılması və proqram təminatının tətbiqini təşkil etmək.
- Proseslərin avtomatlaşdırılması üzrə biznes tələblərini öyrənmək, müvafiq formada sənədləşdirmək və proqramlaşdırma qrupuna çatdırmaq.
Tələblər:
- Sənaye mühəndisliyi, Biznesin idarə olunması, İqtisadiyyat və digər müvafiq ixtisaslar üzrə ali təhsil;
- Azərbaycan və İngilis dillərində şifahi və yazılı ünsiyyət bacarığı;
- Biznes proseslərin idarə olunması, əməliyyat araşdırması sahələrində bilik və bacarıqların olması arzu olunandır.
- Biznes proseslərin analizi və yenidən layihələndirilməsi metodları.
- Axış diaqramları və blok sxemlərin tərtib edilməsi bacarığının olması; (BPMN v2.0 modelləşdirmə dilini bilməsi üstünlükdür)
- MS Office (Word, Excel, Power point) proqramlarını yüksək səviyyədə istifadə edə bilmək; (MS Visio proqramından istifadə bacarığının olması üstünlükdür)
- Güclü analitik düşünmə və problemləri həll etmə qabiliyyəti;
- Dəyişikliyə açıq olma və dəyişiklikləri idarə edə bilmə bacarığı;
- Qərar qəbul etmək və məsuliyyət götürmək qabiliyyəti;
- Planlama və təşkilatçılıq qabiliyyəti.
Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Beş günlük iş həftəsi
- İş yeri: Bakı şəhəri, Qafqaz Business Center
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Oxşar vakansiya siyahısı:
Maple Trading LLC Satınalmalar üzrə aparıcı mütəxəssis vakansiyasını elan edir. ...
175 Yükdaşıma və Evakuasiya Anbardar (Avtomobil Ehtiyyat hissələri üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Logist LLC WMS Operator vəzifəsi üzrə vakansiya elan edir. ...
1st Fitness mərkəzi “Təmizlikçi” vəzifəsi üzrə vakansiya elan edir. İş yeri: 28 may,Bakı Dövlət Sirkinin yanı Namizədə tələblər: Yaş: 20-50 Cinsi: ...
Maple Trading LLC Satınalmalar üzrə aparıcı mütəxəssis vakansiyasını elan edir. ...
"AGRO-VEST RETAIL" MMC Stok kontrol mütəxəssisi vakansiyası elan edir. ...