Qısa məzmun
Mars Overseas Baku LTD şirkəti Biznes proseslərin idarə edilməsi üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Biznes proseslərin mövcud və arzu olunan vəziyyətini sənədləşdirmək üçün proses xəritələri (axış diaqramları), məsuliyyət bölgüsü (RACI) matrisləri və digər zəruri sənədlərin hazırlanmasının təşkil edilməsi;
- Şirkətin fəaliyyəti ilə bağlı normativ-tənzimləyici sənədlərin – siyasət, qayda və təlimatların müvafiq struktur bölmələrin iştirakı ilə hazırlanması və ya müvafiq struktur bölmələr tərəfindən bu növ sənədlərin hazırlanmasının təşkil edilməsi;
- Biznes proseslərin monitorinqinin keçirilməsi və bu zaman qüsurların müəyyən edilərək aradan qaldırılması üçün təkliflərin hazırlanması;
- Biznes proseslərin davamlı olaraq təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq biznes proseslərin təhlil edilməsi;
- Normativ-tənzimləyici sənədlərin daxili qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasının təmin edilməsi və müvafiq sənədlərlə bağlı reyestrdə qeydiyyat aparılması;
- Mütəmadi yoxlamalar aparmaqla biznes proseslərin təsdiq edilmiş qaydalara uyğun formada icra olunmasına nəzarət edilməsi.
Vəzifə üzrə ümumi tələblər:
- Ali təhsil (Maliyyə, İdarəetmə və ya İqtisadiyyat sahəsi üzrə);
- Azərbaycan dili əla, ingilis dilini yaxşı səviyyədə bilməli, rus dilini bilmək üstünlükdür;
- Maliyyə, İdarəetmə və ya İqtisadiyyat sahəsi üzrə 3 il iş təcrübəsi;
- MS Visio, MS Word və MS PowerPoint əla səviyyədə, MS Excel yaxşı səviyyədə bilməli;
- Maliyyə, İdarəetmə sahəsi üzrə sertifikatının olması arzuolunandır.
Vəzifə üzrə tələb olunan biliklər:
- Risklərin idarə edilməsi üzrə nəzəri biliklər;
- Biznes prosesləri üzrə nəzəri və praktiki biliklər;
- Daxili normativ sənədlərin tərtibi üzrə yüksək praktiki və nəzəri biliklər.
Vəzifə üzrə tələb olunan bacarıqlar:
- Analitik düşüncə;
- Araşdırma;
- Yüksək kommunikasiya və təqdimat bacarığı.
Əlavə məlumatlar:
- İş saatı: 09:00 – 18:00
- İş rejimi : Həftə içi 5 gün;
- Tibbi sığorta;
- Korporativ nömrə;
- Peşəkar təlimçilər tərəfindən təlimlər.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Biznes proseslərin idarə edilməsi üzrə aparıcı mütəxəssis” qeyd etməklə career@totalbeverage.group ünvanına göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...