Qısa məzmun
DO IT MMC şirkəti Satış üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Yeni müştərilərin aktiv axtarışı və cəlb edilməsi
- Müştərilərə şirkətin məhsulları haqqında məsləhətlərin verilməsi və təqdimatın
- Rəhbərliyə görülmüş işlər üzrə hesabatların təqdim edilməsiın aparılması
- Müştərilərin ehtiyaclarına uyğun olaraq kommersiya təkliflərin hazırlanması
- Potensial bazarları müəyyən etmək və satış strategiyasını təkmilləşdirmək üçün bazar araşdırmalarının aparılması
- İşgüzar görüşlərin təşkili və aparılması
Namizədə tələblər:
- İT məhsulların satışında iş təcrübəsi (ən azı 1 il).
- Analitik düşüncə tərzi, inkişaf etmiş məntiqi təfəkkür;
- İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər;
- Strateji düşüncə və müştərilərlə uzunmüddətli qarşılıqlı faydalı əlaqələr qurmaq bacarığı.
- Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı;
- Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə
- Ali təhsil (menecment, biznesin idarə olunması və s. ixtisaslarına üstünlük verilir)
- Dil bilikləri: Azərbaycan və rus dilləri – mükəmməl səviyyədə, ingilis dili – arzuolunandır.
Əmək şəraiti
- İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 – 18:00;
- Mehriban və peşəkar kollektiv;
- Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
- Karyera inkişafı imkanları;
- Rəqabətli əmək haqqı və bonus sistemi;
- Peşəkar təlimlərdə iştirak.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “BDM” və mətn hissəsində gözlənilən əmək haqqını qeyd etməklə göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...