Qısa məzmun
Perla Boutique Biznesin inkişafı üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Biz kimik?
- “Perla Boutique” Biznesin inkişafı üzrə menecer üzrə vakansiya elan edir. Biz geyim sferasında ayaqqabı tədarükünü topdan satış (B2B) və pərakəndə (B2C) şərtlərlə həyata keçirən şirkətik. Məqsədimiz çoxillik təcrübəmizlə qarşımıza qoyduğumuz satış hədəflərimizə çatmaqdır. Bu hədəfə gedən yolda birlikdə irəliləyəcəyimiz mütəxəssislər axtarışındayıq. Əgər özünüzü vakansiyaya uyğun görürsünüzsə, CV formanızı bizə göndərin.
Vəzifə öhdəlikləri:
- Şirkətin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması
- Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, şirkətin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili
- Yeni məhsulların yaradılması üzrə təkliflər
- Müştərilərlə əlaqələrin qurulması
- Müştərilərin saxlanılmasına və loyallığının artırılmasını təmin etmək;
- Müştəri məlumat bazasının yaradılması və yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli ötürülməsinin təşkili və nəzarətdə saxlanılması;
- Satışının artırılması üçün biznes strategiyasının işlənib hazırlanması;
- Rəqiblərin analizi və daimi bazar araşdırmasının aparılması;
- Daxili məhsulların inkişaf etdirilməsi və satış kanallarının aşkarlanması;
İş şəraiti:
- AR qanunvericiliyinə əsasən rəsmiləşmə
- Korporativ nömrə, telefon, macbookla təmin olunma
- İş vaxtı: həftədə 5 gün, 10:00-dan 18:00-dək (müvəqqəti olaraq həftədə 5 gün)
- Ədalətli əmək haqqı
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...