Qısa məzmun
TELSAT MMC Biznesin inkişafı üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil;
- Marketinq, satış və ya müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Müştəri ilə əlaqələrin yüksək səviyyədə təşkili;
- Azərbaycan və Rus dilləri ( Ingilis dili arzu olunandır);
- Ünsiyyətcil, gülərüz;
- Azərbaycan dilində fikrini rahat ifadə etmə bacarığı (rus dili biliyi olanlara üstünlük verilir);
- Şirkətin satış həcminin artırılmasına dəstək;
- Komandada işləmə bacarığı olmalı;
- Aktiv, məsuliyyətli,stressə davamlı, işində dəqiq, ünsiyyət qurma bacarığı olan kişi və ya qadın namizədlər müraciət edə bilər;
Zəhmət olmasa CV-lərinizi hr@telsat.az -mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Biznesin inkişafı üzrə menecer” qeyd etməyi unutmayın.
Qeyd: Elektronika sahəsində işləmiş namizədlərə üstünlük verilir.
Vəzifə Borcları:
- Şirkətin strateji marketinq planının icrasını həyata keçirmək:
- Bazara nüfuz və müqayisə etmə fəaliyyəti;
- Mütəmadi bazarın monitorinqini həyata keçirtmək, rəqiblərin qiymət və marketinq təkliflərini araşdırmaq;
- Şirkətin tanıdılması üçün araşdırmaların edilməsi, yeni ideyaların hazırlanması, təkliflərin verilməsi
- Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək
- Korporativ satış ilə bağlı bazar araşdırılmalarının aparılması;
- Qoyulmuş hədəflərə əsasən xidmətlərinin satışı və müştəri portfelinin böyüdülməsi;
- Potensial müştəri və tender axtarışında iştirak etmək;
- Müştərilərlə sıx əlaqədə olmaq, onlara zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması;
- Müştərilərin qorunub saxlanılması təşəbbüslərinin hazırlanması;
- Müştəri rəylərinə əsaslanaraq yeni təkliflərin hazırlanması;
- Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi;
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...