Qısa məzmun
PAŞA Sığorta Biznesin inkişafı üzrə mütəxəssis (Əmlak Sığortası vəzifəsi üzrə vakansiya elan edir.
“PAŞA Sığorta” ASC namizədləri Agile – Avto və əmlak sığortası üzrə blokunda “Biznesin inkişafı üzrə mütəxəssis (Əmlak Sığortası)” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Təcrübə:
- Uyğun istiqamət üzrə bakalavr və ya magistr təhsili
- Satış və ya biznesin inkişafı üzrə təcrübə
- Cari satışların artırılması və yeni satış imkanlarının aşkarlanması istiqamətində praktiki bilik və təcrübə
- Yeni satış kanallarının və tərəfdaşlıqların qurulması üzrə uğurlu iş təcrübəsi
- Satış üçün potensial müştəri bazalarının formalaşdırılması və idarə olunması bacarıqları
- Minimum 3 il iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir
- Sığorta sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir
- Agile mühitdə iş təcrübəsi arzuolunandır
Biliklər:
- Güclü ünsiyyət, təqdimat, tərəfdaşlıq və inandırma qabiliyyəti
- Peşəkar və məsuliyyətli yanaşma
- Planlama, təhlil etmə və hesabatların hazırlanması bacarıqları
- Azərbaycan dilini səlis bilmək
- Rus dili biliyi üstünlükdür
Bacarıqlar:
- Dəyişən prioritetlərə yüksək hazırlıq
- Komanda ilə işləmək bacarığı
- Yaradıcı düşünmə və problemləri həll etmə bacarıqları
- Intizamlı və çarpaz funksional iş mühitində işləmək bacarığı
Əsas öhdəliklər:
- Cari satış proseslərin təhlil edilməsi və inkişaf edilməli sahələrinin müəyyən edilməsi;
- Təkmilləşdirilmiş satış proseslərinin dizayn edilməsi, komanda və mərkəzi təşkilat daxilində maraqlı tərəflərlə uyğunlaşdırılması;
- Cari məhsulların, onların paketləri və üstünlüklərin satış strategiyasının müəyyən edilməsi;
- Kanallar üzrə yeni məhsulların(məs. hibrid məhsullar) satış strategiyasının müəyyən edilməsi;
- Müştərilərin qorunub saxlanılması təşəbbüslərinin və mexanizmlərinin, həmçinin çarpaz- satış imkanlarının inkişaf etdirilməsi;
- Müştəri rəylərinə/ geridönüşlərinə əsaslanaraq yeni məhsulların yaradılmasına dəstək göstərilməsi;
- Rüblük məqsədlərə və əsas nəticələrə çatmaq məqsədilə yeni satış kanallarının, əməkdaşlıqların yaradılması və mövcud olanların inkişaf etdirilməsi;
- Satış proqressini dəqiq izləmək məqsədilə satış qıfının (sales funnel) formallaşması və idarəetmə təşəbbüslərində komanda üzvlərinə dəstək göstərilməsi;
- Bazar araşdırmaların aparılması;
- Müştərilərlə vaxtaşırı görüşlərin keçirilməsi;
- Satış nümayəndələrinə və kanal tərəfdaşlarına dəstək göstərilməsi;
- Şirkətin siyasət və prosedurlarına uyğunluğunun təmin edilməsi;
- Satışla bağlı görüşlərdə fəal iştirak;
- Yeni satış kanallarının formalaşdırılması və mövcud kanalların təkmilləşdirilməsi.
Son müraciət tarixi: 15.08.2021
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...