Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AFB Bank Biznesin İnkişafı Strukturunun baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dili biliyi arzuolunandır.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali iqtisadi təhsil;
- Minimum 2 il pərakəndə biznes sahəsində iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi arzuolunandır).
- Yüksək ünsiyyətqurma və təqdimat bacarıqları;
- Analitik düşünmə və iqtisadi təhlil qabiliyyəti;
- Dinamik, operativ, dəqiqlik, müstəqil olaraq layihələri və tapşırıqları icra etmək bacarığı;
İŞİN TƏSVİRİ:
- Mövcud pərakəndə bank məhsullarının inkişafını təmin etmək;
- Yeni məhsul və xidmətlərin yaradılması barədə təkliflərin hazırlanması;
- Bank xidmətləri bazarının təhlili, pərakəndə biznes üzrə bank məhsullarının müqayisəli təhlilinin aparılması və müştərilərin ehtiyacları nəzərə alınmaqla, ayrı-ayrı istehlak müştəri seqmentləri üçün paket məhsulların hazırlanması;
- Peşə bayramları, rəsmi bayramlar və digər xüsusi günlər münasibətilə məhsullar üzrə güzəştli kampaniyalar təklif etmək, kampaniyanın keçirilməsinə nəzarət etmək;
- Pərakəndə bank məhsullarının satışının artırılması strategiyasının hazırlanmasına dəstək vermək;
- Məhsul şərtlərinin bank əməkdaşlarına çatdırılmasında iştirak etmək, yeniliklər və dəyişikliklər barədə treyninq keçirmək;
- Birbaşa rəhbərinin məhsul və xidmətlərin inkişafı üzrə ona həvalə etdiyi digər vəzifələri həyata keçirmək.
Uyğun Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Biznesin inkişafı strukturunun baş mütəxəssisi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...