Qısa məzmun
Star Group Biznesin İnkişafı üzrə Direktori vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Sektorun inkişafı və müvafiq qanunvericilik haqqında məlumat sahibi olmaq,
- Sektor və proseslərlə bağlı tendensiyaların və yeni strategiyaların müəyyən edilməsində rol almaq,
- Təşkilatın maliyyə vəziyyətini təhlil edərək potensial biznes imkanlarını qiymətləndirmək,
- Bazar araşdırması ilə rəqib analizinin aparılması,
- Yeni layihə qiymətləndirmələrinin aparılması və davam edən layihələrin dəstəklənməsi,
- Yeni layihələrin vaxt, texniki və xərc elementlərinə uyğun idarə edilməsini və koordinasiyasını təmin etmək,
- Təşkilatın bazar payını artırmaq üçün iş imkanlarını müəyyən etmək və hesabat vermək,
- Müvafiq sərgilərdə, tədbirlərdə və görüşlərdə qurumu təmsil etmək,
- Yeni marketinq təşəbbüslərinin planlaşdırılması və nəzarəti,
- Potensial müştərilər və qurumlarla əməkdaşlıqların aparılması,
- Müştəri tələblərini müəyyən edərək yeni təkliflərin yaradılması,
- İş və proses səmərəliliyinin artırılması üçün araşdırmaların aparılması,
- Biznesin inkişafı şöbəsinin illik büdcəsini hazırlamaq və ona əməl etmək,
- Sistemnatik Marketinq və reklam siyasətinin təşkili və tətbiq edilməsi (B2B, B2C)
- Məhsullar üzrə yeni dizayn və konsept mexanizmlərinin tətbiqi
- Kollektivin işinə nəzarət
Namizədə tələblər:
- Ali təhsil/idarəçilik, biznes, marketinq, /layihələrin idarə edilməsi, reklam (çatdırılma,elekton ticarət istiqamətləri üzrə təcrübəsi olanlara üstünlük veriləcək)
- İş təcrübəsi: Rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi
- Yaş həddi – 27-40
- Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilməli
- Ms. Office proqramlarını yüksək səviyyədə bilməli
- İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitiklik bacarığı
- Marketinq alətləri üzrə yüksən biliklər və tətbiqetmə qabiliyyəti
- Bazar təcrübəsindən istifadə etməklə yeni mexanizmləri tətbiq etmək qabiliyyət
- Əmək haqqı: Müsahibə əsasında
- Nahar şirkət tərəfindən təmin olunu
- Əmək haqqı: 5000+ AZN
- Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.
- Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...