Qısa məzmun
Azericard Biznesin inkişafı və bazar araşdırmaları üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Bank və ya maliyyə sektorunda azı 2 il iş təcrübəsi;
- Bazar araşdırmalarına dair bilik və bacarıqlar;
- Analitik düşünmə və təhlil qabiliyyəti;
- Yeni təkliflərin irəli sürülməsi və bazarda mövcud olmayan məhsulların yaradılması üçün müvafiq analitik işlərin aparılmasına dair bilik və bacarıqlar;
- Qərar vermə və kommunikasiya bacarıqları;
- Kreativ, yeniliklərə açıq və yerli bazarda ən son məhsulların izlənilməsi və araşdırma bacarıqları;
- Data vizuallaşdırma alətlərindən istifadə təcrübəsi arzuolunandır (Tableau, QlikView, PowerBI).
Vəzifə öhdəlikləri:
- Bazar araşdırmaların aparılması;
- Yeni məhsulların yaradılması üçün biznes planlarının qurulması;
- Mövcud olan məhsulların inkişafında dəstək olmaq və yaranmış nöqsanları araşdırmaq;
- Biznes tələblərinə görə təqdimatlar və hesabatların hazırlanması;
- Biznesin effektivliyini ölçmək və potensial inkişaf istiqamətlərini müəyyən etmək üçün əsas fəaliyyət göstəricilərinin təhlil edilməsi;
- Yeni tendensiyaları, imkanları və potensial riskləri müəyyən etmək üçün bazar araşdırması aparmaq;
- Qərar qəbuletmə proseslərinə dəstək vermək üçün analitik məlumat və tövsiyələr təqdim etmək.
Namizədlərdən CV-lərini ” Biznesin inkişafı və bazar araşdırmaları üzrə mütəxəssis/aparıcı mütəxəssis “ mövzusu ilə email ünvanına göndərmək xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...