BMP Developer
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Grand Motors BMP Developer vəzifəsi üzrə vakansiya elan edir. Kodun formalaşdırılmasını bilməlidir.

Grand Motors” MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürən şirkət fəaliyyətini bu istiqamətdə qurmuşdur. Bu baxımdan, “Grand Motors” MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir.

Hazırda şirkət dünyada tanınmış 14 istehsalçının Azərbaycanda rəsmi təmsilçisidir. Bunlar aşağıdakılardır: New Holland Construction, CIFA, New Holland Agricultural, Dynapac, Shantui, Foton, Macshio Gaspardo, Sea Ray, Kawasaki, Davino, Fassi, Pramac, Zorn İnstruments, Sulzer, Weber

“Grand Motors” şirkətində yaradılan infrastruktur texnika və avadanlığın istehsalçıların zavodlarından çıxaraq alıcıya çatdırılana qədər olan mərhələni nəinki izləməyə, hətta ondan sonrakı mərhələni də nəzarət altında saxlamağa imkan verir. Bu mənada, satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir.
Şirkətimiz hal-hazırda BMP sisteminə aid yeni layihəyə start verib və biz İT sahəsində təcrübəli, məqsədyönlü, özünə və peşəkarlığına güvənən kadrların axtaraşındayıq.

Vəzifə: BMP Developer

Vəzifə öhdəlikləri:

  • BMP sistemin bütöv texniki dəstəyi
  • BMP sistemində plaginlərin hazırlanması (biznes prosesi modelləri, xüsusi formalar, C # skriptləri, hesabatların fərdiləşdirilməsi)
  • Yeni layihələrin başlanması və dəstəklənməsi, aktual layihələrin təkmilləşdirilməsi;
  • Kodlar yazmaq bacarığı;
  • Şirkətin müvafiq proqram təminatında yenilərinin tətbiqi və faktiki iş proseslərinin təkmilləşdirilməsi,
  • Şirkətin əməliyyat sistemində həyata keçirilən proseslər barədə müvafiq hesabatların yazılması;
  • Yazılı iş proseslərinə texniki dəstək vermək
  • Veb xidmətlərinin inkişafı, REST – xidmətlər

Namizədə dair tələblər:

  • Ali təhsil (riyaziyyat, informasiya texnologiyaları)
  • İş təcrübəsi: mövcud sahədə 2 illik iş təcrübəsi
  • Analitik düşüncə tərzi
  • OOP prinsiplərini anlamaq
  • .NET platformasını ümumi səviyyədə bilmək
  • Ən çox yayılmış konstruksiyalardan istifadə edərək C # dilində proqram qurma bacarığı
  • MS SQL ilə iş təcrübəsi, orta mürəkkəblikdəki skriptlərin hazırlanma bacarıqı
  • Azərbaycan, İngilis və Rus dili – mükəmməl səviyyədə.

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanır
  • 6 günlük iş qrafiki
  • Ə/h: razılaşma yolu ilə
  • Namizədlərdən CV-lərini “BMP Developer” mövzusu ilə hr-cv@grandmotors.az ünvanına göndərmək xahiş olunur.

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

Helpdesk

İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

13.03.2025 - Bakı

Senior Information Security Specialist

https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...

Access Bank

20.02.2025 - Bakı

Helpdesk

İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

20.02.2025 - Bakı

Proqram təminatı üzrə kiçik mühəndis

Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

12.02.2025 - Bakı

QA Manager

Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...

Aztelekom MMC

10.02.2025 - Bakı

Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik)

Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

10.02.2025 - Bakı