Bölgə üzrə topdan satış təmsilçisi ( Şimal)
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AZDIZAYN GROUP MMC Bölgə üzrə topdan satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir.

Haqqımızda

“AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvənc yerinə çevrilmişdir. Biz bu gün, ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik.

Şirkətimizin əsas istiqamətləri yaşayış və ictimai obyektlər üçün dünyada tanınmış istehsalçıların təmir və üzlük materiallarının, yəni kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının, təbii və travertin daşlarının, hamam mebelləri və aksesuarlarının topdan və pərakəndə satışından ibarətdir. Hədəfimiz alıcıların bizi axtara biləcəyi bütün ünvanlarda onlara yüksək səviyyədə xidmət göstərə bilməkdir. Şirkətimiz “evinizdəki gözəlliyi bizimlə kəşf edin!” sloqanı ilə ən xırda detalların və məhsullarımızla olan böyük sehrli toxunuşların həm evinizə fərqli görünüş qata biləcəyinizi, həm də evinizin öz gözəlliyini bizimlə kəşf edə biləcəyinizi vurğulayır.

Bölgə üzrə topdan satış təmsilçisi:  Şimal bölgəsi üzrə (Quba, Qusar,Siyəzən,Xızı,Xaçmaz, Xudat)

Namizədə olan tələblər:

  • Bakalvr üstünlükdür;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili üstünlükdür)
  • Kompüter bilikləri (MS Office, Micro, Fora);
  • Satış bacarığı;
  • Təqdimetmə bacarığı,
  • Planlama bacarığı,
  • Ünsiyyət bacarığı,
  • Müştəriyönümlülük

 İş haqqında məlumat:

  • Müştərilər tərəfindən gələn sifarişlərin operatora yönləndirilməsi
  • Müştəri anbardan sifarişi götürənə qədər həm operator həm də müştəri ilə əlaqələrin təşkil olunması
  • Müəyyən edilmiş ərazilərdə mağazaların ziyarət edilməsi, yeni müştərilərin tapılması
  • Yeni müştərilərlə görüş zamanı məhsullar haqqında ətraflı məlumat verilməsi, təqdimat edilməsi
  • Borc öhdəliklərinə nəzarət edilməsi, borcun yığımının təmin edilməsi
  • Borclar yığıldıqdan sonra vəsaitin kassaya təhvil verilməsi
  • Ərazilərdə mağazalarda olan şirkət məhsullarına vitrində nəzarət edilməsi
  • Müştəri satışlarının analiz edilməsi və mütəmadi əlaqələrin saxlanması
  • Geriqayıdan məhsul olduqda topdan satış müdirinə və anbara məlumat verilməsi
  • Topdan satış müdirinə günlük hesabatların verilməsi

İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  • Yanacaq və amortizasiya xərcləri (şəxsi maşın mütləqdir)
  • Əmək haqqı razılaşma əsasında

Vakansiyaya müraciət üçün CV-ləri “Bölgə üzrə topdan satış təmsilçisi” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Merçandayzer

İnci Group Of Commpanies Merçandayzer vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

01.04.2025 - Quba

Satıcı

İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

01.04.2025 - Gəncə, Şamaxı

Ekspeditor

Inci Group of Companies LLC Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

01.04.2025 - Bakı

600₼
Satış təmsilçisi

Bonamed MMC şirkəti Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Bonamed MMC

01.04.2025 - Bakı

800 — 1000 ₼
Satış məsləhətçisi

Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...

Zuleykha Accessories

01.04.2025 - Bakı

700 — 800 ₼
Консультант по продажам

ОБЯЗАННОСТИ: • Общение с клиентами и презентация товаров • Предоставление клиентам полной ...

Zuleykha Accessories

01.04.2025 - Bakı

600 — 700 ₼
Satış təmsilçisi

AZ Dizayn Group Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

01.04.2025 - Bakı

Satış təmsilçisi

Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

25.03.2025 - Bakı

Satış Məsləhətçisi (Mebel-tekstil)

Satış Məsləhətçisi (Mebel-tekstil) ...

Kontakt Home

25.03.2025 - Bakı

Satış məsləhətçisi (Əhmədli filialı)

"AQA Şirkətlər Qrupu" nəzdində fəaliyyət göstərən DeFacto brendinə aid geyim mağazası Əhmədli filialı üzrə "Satış məsləhətçisi" vakansiyasını el ...

AQA Şirkətlər Qrupu

25.03.2025 - Bakı

500₼
Mağaza meneceri

AZDIZAYN GROUP Mağaza meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

25.03.2025 - Bakı

Tibbi koordinator (çağrı mərkəzi)

Sağlam Ailə” tibb mərkəzi Tibbi koordinator (çağrı mərkəzi) vakansiyası elan edir. ...

Sağlam Ailə

19.03.2025 - Bakı