Qısa məzmun
Baku Marriott Hotel Boulevard Bölmə Aşpazı (CDP) vəzifəsi üzrə vakansiya elan edir.
Ünvan: Azərbaycan, Bakı şəh., Xəqani Rüstəmov küç 4C
Son müraciət tarixi: 20.12.2022
Vəzifə öhdəlikləri:
- Yeməklər və qida məhsullarının tələb edilən standarta uyğun olaraq hazırlanmasını təmin etmək üçün təyin edilmiş ərazidə və məntəqədə işləmək və müvafiq işçilərə nəzarət etmək.
- Təyin edilmiş ərazi və ya məntəqənin hər zaman təmiz və səliqəli saxlanılmasını təmin etmək.
- İaşə obyektinin yemək xərclərinin büdcə ilə uyğun olmasını təmin etməyə kömək etmək üçün standart reseptlərə riayət etmək və tullantıları minimuma endirmək.
- Zəruri sayıldıqda, məmulatların hazırlanma və təqdim edilmə qaydalarını işçilərə öyrətmək onlara müvafiq təlimlər keçmək.
- Qonaqların kulinariya gözləmələrini qarşılamaq və üstələmək üçün alternativ menyu məmulatları təklif etmək, müştərilərin xüsusi xahişlərini yerinə yetirmək və onlarla qarşılıqlı fəaliyyət göstərmək.
- Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək.
- “Biz bir komandayıq!” şüarı altında digər şöbələrlə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək.
- Bütün işçilərin bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olduqlarını təmin etmək.
- Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıları minimuma endirməyə çalışmaq.
Namizədə olan tələblər:
- Otel sahəsində Bölmə aşpazı kimi azı bir il iş təcrübəsi;
- Aşpazlıq ixtisası üzrə peşə təhsili və ya müvafik sertifikatlar;
- Azərbaycan, Avropa və Asiya mətbəxləri üzrə biliklər;
- Çevik iş qrafiklərində işləmək bacarığı;
- Sanitariya-gigiyena normaları üzrə biliklər;
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (üstünlükdür).
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Bölmə Aşpazı (CDP)” qeyd edərək CV-lərini elektron ünvanına 20 dekabr 2022-ci il tarixinədək göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər işə qəbul prosesinin növbəti mərhələlərinə davət olunacaqlar.