Qısa məzmun
Ə/h 450-60 AZN. Bakı Gəmiqayırma Zavodu MMC Boru quraşdırıcısı vəzifəsi üzrə vakansiya elan edir. Xüsusi mühafizə vasitələri, nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat:
- Əmək haqqı: 450-600
- İş qrafiki: 5 gün, 08:00-dan 17:00-dək
- İş qrafikindən əlavə iş saatları qanunvericiliyə uyğun olaraq əmək haqqına əlavə olaraq hesablanır
- Xüsusi mühafizə vasitələri, nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir
- Sığorta təminatları təmin edilir
Vəzifə öhdəlikləri:
- Boru quraşdırma, montaj və emalı kimi konstruksiya işlərinin icrası üçün iş alətlərindən istifadəni bacarmalı
- Boru növləri və boruların material tərkibi haqqında məlumatı olmalı
- İşlə bağlı çertyoj və planı oxumağı və çertyoj əsasında boruları kəsməyi, uyğunlaşdırmağı, yerləşdirməyi və tərkib hissələrini quraşdırmağı bacarmalı
- Zavodun təhlükəsizlik qaydalarına əməl etməli və öhdəlik götürməli
- Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlamalı
Digər tələblər:
- Orta və ya orta-texniki təhsil
- Ağır sənayedə 2 ildən yuxarı müvafiq peşə təcrübəsi
- İstehsalat zərurəti olduqda əlavə iş vaxtında işləmək imkanı
- Subordinasiya qaydalarına uyğunlaşmaq və kollektivdə işləmə bacarığı
Maraqlanan namizədlərdən hr@bakushipyard.com e-mail ünvanına CV göndərmək xahiş olunur. CV göndərilən zaman mövzu yerində mütləq müraciət edilən vəzifənin adı qeyd olunmalıdır.
Oxşar vakansiya siyahısı:
"HİTE PRO" şirkətinə yüksək ixtisaslı elektrik ustaları tələb olunur. ...
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...