Böyük hüquqşünas (Korporativ)
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Müraciət üçün linkə daxil olun : https://qlor.me/l3lb72of

Təsvir

  • Qüvvədə olan qanunvericiliyin tətbiqi sahəsində yaranan mübahisəli məsələlərin araşdırılması məqsədilə aidiyyəti dövlət orqanlarına sorğuların hazırlanması;
  • Müqavilələrin layihələrini hazırlamaq və təqdim edilən müqavilə layihələrini təhlil etmək;
  • Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirtmək və rəy vermək;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
  • Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
  • Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prossesdə iştirak etmək;
  • Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
  • Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
  • Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
  • Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
  • Yeni məhsullar və xidmətlərlə bağlı hüquqi məsələlərin araşdırılması;
  • Cəmiyyətin hüquqi məsələlər sahəsindəki siyasəti və mövqeyinin hazırlanması və izlənilməsi;
  • Cəmiyyətin hüquqi risklər və pozuntulardan qorunması;

Tələblər

  • Ali hüquq təhsili
  • Beynəlxalq şirkətlərlə iş təcrübəsi arzuolunandır.
  • Xanım namizədlərə üstünlük verilir.

Oxşar vakansiya siyahısı:

1500 — 2000 ₼
Hüquqşünas

ASADZADESANAN MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...

ASADZADESANAN MMC

26.12.2024 - Bakı