Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Şabran Aqrokompleks MMC Böyük Mühasi̇b vəzifəsi üzrə vakansiya elan edir. Vergi, əmək qanunvericilikləri biliklərinə sahib olmalıdı
Vəzifə öhdəlikləri (qısa təsvir):
- Vergi və statistik hesabatların hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq qurumlara təqdim olunması;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borclarının, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Bütün növ hesabatların (torpaq,ƏDV,ÖMV,Mənfəət,DSMF və s.) hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət edilməsi;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabatın hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak və ehtiyac duyduqda lazımi təklifləri irəli sürülməsi.
Namizədə olan tələblər:
- Maliyyə, mühasibatlıq və ya digər aidiyyatı sahə üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində minimum 5 illik iş təcrübəsi;
- MS Office (xüsusilə MS Excel) və 1C 8.3 proqramlarında sərbəst işləmək bacarığı.
İş şərtləri:
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- Şabran rayonuna işgüzar səfərlər
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Vakansiya ilə bağlı müraciət üçün CV-nizi mövzu hissəsində “Böyük Mühasib” qeyd edərək göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...