Qısa məzmun
Azərpambıq ASK MMC Böyük mühasib (Əməkhaqqı üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
Link https://qlor.me/lujukhgggv
Təsvir
- İşçilərin aylıq əməkhaqqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;
- Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
- DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sisteminə işlənməsi;
- Muzdlu işlə əlaqədar gəlir vergisinin bəyannaməsinin hazırlanması və təqdim olunması;
- Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması;
- İşçilər üçün bank kartlarının sifarişi və əməkhaqqı kartları ilə bağlı problemlərin həllində dəstək;
- İşçilərin əməkhaqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
- Əməkhaqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatların, ərizələrin hazırlanması və sualların cavablandırılması;
- 1C 8.3 ERP proqram təminatında əməkhaqqı modulunun qurulmasında yaxından iştirak və əməkhaqqları üzrə bütün əməliyyatların proqrama işlənməsi, müxabirləşmələrin verilməsi və hesabların sistemdə yoxlanması;
- Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması və müvafiq vergilərin tutulması;
- Baş mühasib tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Analoji sahə üzrə minimum 3 il iş təcrübəsi;
- 1C 8.3 ERP proqramında işləmək bacarığı;
- Elektron portallarda işləmək bacarığı (e-gov, emas.sosial, e-taxes və s.);
- MS Office proqramında işləmək bacarığı, o cümlədən yüksək səviyyədə Excel bilikləri;
- Azərbaycan Respublikasının Əmək və Vergi Məcəllələrini yüksək səviyyədə bilməli;
- Azərbaycan Respsublikasının İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyəti maddələrini bilməli;
- Azərbaycan dilini (rəsmi yazışma dili) yüksək səviyyədə bilməli;
- Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir;
- Problemləri həll etmə bacarığı olmalıdır;
- PMS, ACCA, CİMA sertifikatlarının olması arzu olunandır.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...