Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Elektron Hökumətin İnkişafı Mərkəzi Böyük proqramçı (Back-end) vəzifəsi üzrə vakansiya elan edir.
Dövlət orqanının adı : “Elektron Hökumətin İnkişafı Mərkəzi” Publik Hüquqi Şəxsi
Departamentin adı : Proqram təminatı
Vəzifənin adı : Böyük proqramçı (Back-end)
Vəzifə funksiyaları:
- Veb və mobil layihələr üçün servislərin (API) hazırlanması
- Mövcud kodlarda əlavə və dəyişikliklərin edilməsi
- Proqram təminatının işinin optimallaşdırılması
- Standartlara uyğun kod yazımının aparılması
- Yazılan kodların test edilməsi, yaranan problemlərin analiz edilməsi və aradan qaldırılması
- Texniki tapşırıq əsasında yerinə yetirilən işlərin zamanında təhvil verilməsinə riayət olunması
- Proqram təminatı istifadəçisindən daxil olan tələblərin təhlil edilməsi və problemin həll olunması
- Proqram layihələrinin hazırlanması üzrə texniki normaların, standartların və tələblərin müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək
- Elektron xidmətlərin inteqrasiya edilməsi üzrə dövlət orqanlarına və digər təşkilatlara metodik və əməli köməklik göstərmək
- Fəaliyyət istiqaməti üzrə daxil olan ərizə, təklif və şikayətləri araşdırmaq və cavablandırmaq
- Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirmək
Təhsil və ixtisas tələbləri:
- Kompüter mühəndisliyi və ya bənzəri ixtisasa dair ali təhsili olanlara üstünlük verilir
İş təcrübəsi:
- İş təcrübəsi ən azı 2 il
Peşəkar bacarıqlara dair tələblər:
- Java
- OOP (Object Oriented Programming)
- SOLID principles
- Design Patterns
- Git version control
- DSA (Data Structures and Algorithms)
- Spring Boot (2.0)
- JPA/Hibernate
- Maven,Gradle
- API (REST, SOAP) üzrə işləmə bacarığı
- PostgreSQL, MS SQL, Oracle
- Redis, MongoDB
- Linux server-lərlə işləmə bacarığı
- Apache/Tomcat
Xarici dil bilikləri:
- İngilis və rus dilləri üzrə biliklər:
- ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.
https://www.digital.gov.az/vacancies/66
Son müraciət tarixi: 1 aprel 2021-ci il