Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Atena Group CSC Brand menecer vəzifəsi üzrə vakansiya elan edir. Şirkət tərəfindən nahar və korporativ xətt ilə təmin edilir.
İşin təsviri:
- Şirkətin istehsal etdiyi süd məhsullarının bazarda irəlilədilməsi strategiyalarının hazırlanması və reallaşdırılması;
- Bazarın monitorinq və təhlili, rəqabət mühitinin öyrənilməsi;
- Bazarın vəziyyəti, müştərilərin istəkləri və məhsul portfelinə uyğun olaraq brendin bazar mövqeyini təyin etmək;
- Rəqib şirkətlərin məhsullarının təqibi və satış qrafikini izlənmək;
- Marketinq siyasətinin Şirkət əsas məqsədləri əsasında müəyyənləşdirmək və strategiyanı qurmaq;
- Brendin merçendayzer standartlarını və rəf strategiyasını müəyyən etmək;
- Yeni məhsulun bazara çıxarılmasında iştirak etmək (Bazardakı boşluqlar əsasında Yeni məhsul növlərini hazırlamaq, qablaşdırma və dizayn formalarını təklif etmək);
- Bazarda rəqabətqabiliyyətli brend imicini formalaşdırmaq;
- Reklamların hazırlanmasında iştirak etmək, təklifləri almaq və nəticələri qabaqcadan görmək;
- Marketinq kampaniyalarının uğurluluq dərəcəsini təyin etmək məqsədilə təhlil etmək;
- Məhsul lancları, sərgi və foto çəkiliş kimi marketinq tədbirlərində iştirak etmək;
- Dəyişən bazar şərtlərinə və müştəri istəklərinə cavab verən fəaliyyətlər hazırlamaq və həyata keçirmək;
- “Must List”- lərin hazırlanmasını təmin etmək;
- Marketlərdə spesifik aksiyaların təşkili ilə bağlı təkliflər hazırlamaq və sərgi, nümayiş təşkil etməklə satış həcmini artırmaq;
- Marketinq büdcəsini planlaşdırmaq, tətbiq etmək və hesabat vermək;
- Qablaşdırma və dizayn formalarını təklif etmək; Qablaşdırma briflərini yaratmaq;
- Anbarlararası stokların idarə edilməsinə nəzarət etmək;
- Qiymət analizi haqqında aylıq hesabatları trade marketingdən qəbul etmək və analiz etmək.
Namizədə tələblər:
- Marketinq istiqamətli ali təhsil
- Brend menecer/ product menecer olaraq 5 ildən az olmayan iş təcrübəsi (FMCG təcrübəsi olanlara üstünlük verilir)
- Yaradıcı, təşəbbüskar, analitik düşüncəli, məsuliyyətli, yüksək ünsiyyət, problem həll etmə və rəqəmsal məlumatları təhlil etmə bacarığı olmalı
- Satış təcrübəli və “Müştəri psixologiyası” haqqında anlayışı olmalı
- İngilis və rus dillərini yaxşı səviyyədə bilməli
İş şəraiti və benefit:
- İş qrafiki: 5 günlük
- İş yeri: Ə.Rəcəbli 25 D, Atena Qrup QSC
- Nahar və korporativ xətt verilir.
- Əmək haqqı barədə məlumat müsahibə əsasında bildirilir.
Müraciət forması:
Maraqlanan namizədlərdən CV-lərini mövzu başlığına vakansiyanın adını qeyd edərək cv@atena.az ünvanına göndərməkləri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...