Qısa məzmun
Kontakt Home Brend mağazaların inkişafı üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Məsul olduğu kateqoriya, marka portfelində məhsul satışlarının izlənilməsi lazımi optimizasiya təkliflərinin verilməsi;
- Yeni məhsul üçün şirkət daxili müvafiq məhsul tələblərinin açılması;
- Anbar qalıqlarının izlənilməsi, satışı zəif olan məhsullarla bağlı tədbirlərin görülməsi üçün satış və ticari marketing komandasının məlumatlandırılması;
- Yeni məhsulun ideyasından başlayaraq bazara təqdim edilməsinə qədər olan prosesdə lazımı adamlarla əlaqədə olmaq və məhsulun zamanında bazara təqdim edilməsini təmin etmək;
- Rəqabətcil məhsul qiymət strategiyalarının hazırlanması;
- Kateqoriya , marka və kanal strategiyalarının hazırlanması;
- Mütəmadi olaraq ediləcək market ziyarətləri hesabatlarının hazırlanması və aşkarlanmış uyğunsuzluqların hesabatlarda qeyd edilərək düzəldilməsi üçün satış komandasına məlumat verilməsi;
- Ticarət marketinq və satış komandası ilə sıx əlaqədə olmaqla satış artırma yönümlü təkliflər hazırlanması;
- Görülmüş xidmətlər qarşılığında ödəniş sənədlərinin qəbul edilməsi, ödəniş tələbinin açılması və ödənilməsinin təqib edilməsi.
Tələblər
- Ali təhsil;
- Satış sahəsində minimum 3 il iş təcrübəsi;
- Səlis İngilis və ya Rus dili biliyi (hər iki dili bilmək üstünlükdür);
- Marketinq və satış əməliyyatları və prosesləri haqqında dərin biliklər;
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook).
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...