Qısa məzmun
Ə/h razılaşma yolu ilə. SSİ Retail Brend menecer vəzifəsi üzrə vakansiya elan edir. Professional danışıq və yazı qabiliyyəti olmalıdır.
Vəzifənin rolu:
- Bu vəzifənin rolu malın sifarişini, satışını və bazarda brendin inkişafını təşkil etməkdir.
- Vəzifə öhdəlikləri:
- Bütün tədbirlərin Brendin standartlarına uyğun olaraq aparılmasını təşkil edir
- Mağazalara təyin olunmuş KPİ-ların yerinə yetirilməsini təmin edir
- Məhsulun sifarişdən (ödəniş, məhsulun gətirilməsi, mərkəzi anbarda məhsulun işlənilməsi, satış nöqtəsinə çatdırılması) müşdəriyə satışını təşkilinə qədər olan bütün prosesləri vaxtında təşkil etmək
- Brendin bilavasitə marketinqə aid olan bütün proseslərində iştirak, müdaxilə və vaxtı- vaxtında tətbiq edilməsini təşkil edir
Əsas tələblər:
- Təhsil:
- Orta və ya Ali təhsil
- Müvafiq Pərakəndə sahəsində sertifikat arzuolunandır
- Təcrübə:
- Pərakəndə satış sahəsində ən azı 6-7 il iş təcrübəsi
- İdarəetmə sahəsində ən az 2-3 il iş təcrübəsi
- Təchizat sahəsində 5 il iş təcrübəsi
- Professional biliklər:
- İngilis dilini yaxşı səviyədə bilmək (Upper intermediate)
- MS Office proqramları
- Professional bacarıqlar və kompetensiyalar:
- İdarəetmə bacarıqları
- Təşkilati bacarıqlar
- Təqdimat bacarıqları
- İşgüzar ünsiyyət
- Nəticə yönümlülük
- Analitik düşüncə
- Vaxtın idarə olunması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Brend Menecer” qeyd edərək recruitment@ssi.az elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...