Qısa məzmun
Gens Elektrik Brend menecer vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Brendin standartlarına uyğun olaraq zəruri tədbirləri həyata keçirmək;
- Məhsulun sifarişindən (ödəniş, məhsulun gətirilməsi, mərkəzi anbarda məhsulun işlənilməsi, satış nöqtəsinə çatdırılması) satışına qədər olan bütün prosesləri idarə etmək;
- Brendin bilavasitə marketinqə aid olan bütün proseslərində iştirak, müdaxilə və vaxtlı-vaxtında tətbiq edilməsini təşkil etmək.
- Satışları artırmaq məqsədi ilə həyata keçirilən layihələri dəstəkləmək və təkliflər irəli sürmək
- Şirkətin strategiyasına uyğun mağazalarda yeni standartlar və qaydalar qurmaq;
- Satış menecerlərini təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, qiymətləndirmək;
- Satış analizlərini aparmaq: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək;
- Bazar təhlilini aparmaq;
- Məhsulların qiymət siyasətini inkişaf etdirmək;
- Məhsulun bazarda mövqeyini izləmək, şirkətin imicinin tədqiqatını aparmaq;
- Aylıq satış planının mağaza tərəfindən yerinə yetirilməsinə dəstək olmaq;
- Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbirlər görmək;
- Analitik düşünmə bacarığı;
- Müştəri şikayətləri əsasında araşdırmalar aparmaq və s.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketing və texniki fənlər təhsili olanlara üstünlük veriləcək);
- Sahə üzrə 2-3 il təcrübə;
- Təchizatın idarə olunması və ümumiyyətlə idarəetmə üzrə təcrübəsi olanlara üstünlük verilir;
- Rus dili, İngilis dili biliyi mütləqdir;
- 1C proqramında işləmə bacarığı, Ofis proqramları, Excel mütləqdir.
Şərtlər:
- İş qrafiki: Bazar ertəsi – Şənbə 09:00-18:00
- Əmək haqqı 800-1200 AZN
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...