Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Super Toys Brend menecer üzrə akansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Rəqiblərin, trendlərin, yeniliklərin və ümumiyyətlə bazar təhlilini aparmaq
- Markanın inkişaf etdirilməsi üzrə strategiyanı hazırlamaq
- Yeni məhsulları və ticarət nişanlarını bazara çıxarmaq
- Markalar və məhsullar üzrə sıfırdan büdcənin tərtib olunması, gözlənilən mənfəətlilik və rentabelliyi izləmək
- Portfelin qiymət siyasətini hazırlamaq və məhsulun satış şərtlərini müəyyən etmək
- Müxtəlif marketinq tədbirlərini hazırlamaq və məhsulun satış şərtlərini müəyyən etmək
- İstehsalçılar və podratçılar ilə işin koordinasiyası
- Yeni məhsul konseptləri hazırlamaq, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib-bəyənilməməsini sınaqdan keçirmək
- Bazar seqmentlərinə görə mövcud məhsulların qiymətinin dəyişdirilməsi, rəqib aktivliyinə görə yeni qiymət strategiyasının formalaşması, habelə yeni istehsal edilərək təqdim olunacaq məhsullara qiymət təkliflərini vermək
- Bazar payı, satış kanallarındakı penetrasiya, bölgələrdəki satış fərqləri , mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmalar aparmaq
- Verilmiş tapşırıqların operativ və dəqiq yerinə yetirilmək
Namizəd üçün tələblər:
- Ali təhsil (Marketinq, iqtisadiyyat, menecment istiqamətləri üzrə)
- Müvafiq sahədə ən az 3-5 illik iş təcrübəsi
- Rəqib markalar və kateqoriyaların inkişaf trendlərini izləməyi bacarmalı, iqtisadi vəziyyətə görə analizetmə, daxili bazara təsir edə biləcək təhlilləri verəbilmə bacarığına sahib olmalı
- Böyük həcmli məlumatlarla işləmək bacarığı
- Detallara diqqət, pozitiv, yaradıcı, proaktiv, ünsiyyətcil, intizamlı, məsuliyyətli, nəticə üçün işləmək bacarığı
- Çox tapşırıq rejimində işləmək bacarığı
- Xarici dil bilikləri: Rus dili – səlis, İngilis dili- səlis
- Mükəmməl ünsiyyət və təqdimat bacarığı
- İşgüzar yazışmalar və şifahi danışıqlar aparmaq bacarığı
- Ofis proqramlarını sərbəst bilmək
Şirkət təklif edir:
- İş rejimi: Həftə içi 6 gün
- İş yeri: Sədərək TM
- Əmək haqqı: 1500 AZN
- Əmək məcəlləsinə uyğun sənədləşmə
Komandamızda olmaq istəyən maraqlı olan namizədlərdən CV-lərini mövzu hissəsində vəzifə adını “ Brend menecer“ qeyd etməklə hr@supertoys.az ünvanına göndərə bilər
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...