Qısa məzmun
Avrora Brend Menecer vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlanılması və reallaşdırılması;
- Portfelində mövcud olan brendlər üzrə düzülüş normativlərinin hazırlanması, Satış komandasına məlumat verilməsi və icrasının izlənilməsi;
- Rəqib şirkətlərin bazarda fəaliyyətlərinin və qiymət strategiyalarının təhlil edilməsi, təhlil zamanı yaranmış fürsətlərin və risklərin dəyərləndirilməsi, portfelinə uyğun lazımı tədbir planının hazırlanması;
- Mütəmadi olaraq gündəlik/aylıq istehsal olunan məhsulların miqdarının izlənilməsi, nəzərdə tutulmuş istehsal planından kənarlaşma olduğu təqdirdə müvafiq tədbirlər görülməsi, birbaşa rəhbərinə istehsalın gedişatına dair müvafiq hesabatların hazırlanaraq təqdim edilməsi;
- Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması, portfelinin optimizasiyasını, yeni məhsulların buraxılmasını, aktual olmayan məhsulların delistinin həyata keçirilməsi;
- Marketinq planının hazırlanmasında iştirak etməsi və həmin plan üzrə müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi (reklam kampaniyaları, təqdimatlar və s.);
- Brend üzrə qiymət siyasətinin mütəmadi olaraq təhlil edilməsi və inkişaf etdirilməsi;
- Məhsulun bazarda mövqeyinin izlənilməsi (məhsul satışının gedişatı, bunun üçün tələbat), istehlakçıların məhsula olan münasibətinin müəyyənləşdirilməsi, brendin imicinin müntəzəm tədqiqatının aparılması.
Tələb olunan bilik və bacarıqlar:
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Güclü analitik düşüncəyə malik olması;
- Təqdimat proqramlarında işləmək bacarığı (PPT, Visio və s.);
- Excel proqramı üzrə bilikler (orta səviyyədə);
- Kollektivdə işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Marketinq ixtisası üzrə bakalavr dərəcəsi;
- İş təcrübəsi: Brend Marketinq sahəsi üzrə 2-4 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan (əla), İngilis (orta) və Rus dili (orta).
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Brend Menecer” yazaraq ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...