Brend menecer (Apple brendi üzrə)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kontakt Home Brend menecer (Apple brendi üzrə) vəzifəsi üzrə vakansiya elan edir.

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Vakansiya: Brend menecer (Apple brendi üzrə)

Vəzifə öhdəlikləri:

  • Brend təqdimatlarından, yeniliklərdən və məhsul funksionalından xəbərdar olmaq;
  • Bazar tələbatını, rəqiblərin aktivliklərini öyrənmək;
  • Məhsulun hədəf kütləsinə uyğun reklam kampaniyaları hazırlamaq;
  • Reklam kampaniyalarının effektivliyini ölçmək;
  • Partnyorlarla iş, ortaq layihələrin idarəsi;
  • Seqment üzrə analizlərin aparılması;
  • Məhsul tanıtım, təqdimat kampaniyalarının təşkili;

Tələblər:

  • Ali təhsil;
  • Elektronika sahəsindən (əsas çeşidlər, məhsul markaları, istehsalçılar və təchizatçılar) məlumatlı olmalı;
  • Vəzifə üzrə iş təcrübəsi – 1 ildən;
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə, İngilis dilini yaxşı səviyyədə bilməli;
  • Microsoft Excel, Outlook, PowerPoint proqramlarında orta səviyyədə istifadə bacarığı

İş şəraiti:

  • İş qrafiki: I-V günlər, 09:00-18:00
  •  Rəqabət qabiliyyətli əmək haqqı

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
https://qlor.me/kudspisf

Oxşar vakansiya siyahısı:

1500₼
Marketinq üzrə mütəxəssis

Əmək haqqı 1500 AZN. Azera Holding Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azera Holding

28.08.2024 - Bakı

700₼
Smm Kontent Menecer

RAM Holding Smm Kontent Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...

RAM Holding

28.08.2024 - Bakı

Marketing Meneceri

Gədəbəy Mineral Suları Marketing Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Gədəbəy Mineral Suları- MMC

16.08.2024 - Bakı

500₼
SMM üzrə mütəxəssis

Super Toys SMM üzrə mütəxəssis üzrə vakansiya elan edir. ...

Super Toys

12.08.2024 - Bakı