Brend və reklam sektorunun müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Aztelekom MMC Brend və reklam sekt unun müdiri vəzifəsi üzrə vakansiya elan edir.

https://qlor.me/lv3oyduvaj

Təsvir

  • Uzun və qısa müddətli strategiyaların formalaşdırılması
  • Brend tanıtımlığı üçün uyğun strategiya və qaydaların yaradılması və icrası
  • Marka aktivliyi, road map planlarının hazırlanması və icrası
  • İllik marketinq büdcəsinin hazırlanması və büdcəyə nəzarət edilməsi
  • Şirkət üçün yeni marketinq imkanlarının, kanallarının müəyyənləşdirilməsi və reklam təşəbbüslərinin həyata keçirilməsi
  • Yeni məhsul buraxılışı üzrə kommunikasiyanın idarə edilməsi
  • Kommunikasiya materiallarının tələb olunan zamanda yaradılıb təqdim edilməsinin idarə edilməsi
  • Brend strategiyasına uyğun kommunikasiya kanallarının aktivləşdirilməsi və təqdim olunan məlumatın aktuallığının, ardıcıllığının təmin edilməsi
  • Kampaniyaların effektivliyinin ölçülməsi və hədəflərin təyin edilməsi
  • Satışın artırılması üçün komandaya dəstək və uyğun rəqəmsal strategiyaların qurulması, satışların artırılması üzrə aktivliklərin idarə edilməsi
  • Brendə məxsus kommunikasiya kanallarının (rəqəmsal,OOH və digər) idarə edilməsi
  • Məlumatların brend qaydalarına uyğun olmasının və hər yerdə eyni üslubda təqdim olunmasının idarə edilməsi
  • İstənilən nəticələrə nail olmaq üçün agentliklər, tərəfdaşlar, daxili maraqlı tərəflərlə səmərəli əməkdaşlıq edilməsi
  • Komandanın idarə edilməsi
  • Daxili tərəfdaşlar/rəhbərlik üçün marketinq təqdimatlarının hazırlanması
  • Daxili sorğu göndərən bölmələrin lazımi dizayn və digər materiallarla təmin edilməsi

Tələblər

  • Brend və ya reklam işi sahəsində ən azı 4 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə iş təcrübəsi üstünlük hesab olunur)
  • Azərbaycan və rus dillərini sərbəst bilməlidir (rus dilini bilməsi arzu olunandır)
  • MS Office (Word, Excel, Powerpoint, Outlook) proqramları üzrə biliklər
  • Şifahi və yazılı ünsiyyət bacarığı
  • Komanda işi
  • Analitik düşüncə və qərar vermə bacarığı
  • Planlaşdırma və təşkilatçılıq bacarığı
  • Vaxtın düzgün idarə olunması bacarığı
  • Eyni vaxtda müxtəlif tapşırıqları yerinə yetirmə qabiliyyəti
  • Tapşırıqların idarə olunması üzrə alət və proqramlardan istifadə (məs, Trelo);
  • Böyük müştəri bazası ilə işləmə bacarığı
  •  Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı
  • Təşəbbüskarlıq və yaradıcılıq
  • Yeni trendlərdən xəbərdar olmaq
  • Rəqəmsal reklamların idarə edilməsi üçün sahə üzrə biliklər

Oxşar vakansiya siyahısı:

500 — 601 ₼
SMM mütəxəssis

Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kepro Estetik Klinika

21.11.2024 - Bakı

Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi (Senior Digital Analytics Specialist)

Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Hava Yolları QSC

01.11.2024 - Bakı

1200 — 1500 ₼
Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

31.10.2024 - Bakı

1000₼
Sosial Media Mütəxəssisi

Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...

Ram Solutions MMC

28.10.2024 - Bakı